Sən oldun

pol Fayiq 1 Apr 2013 / 14:59
Qəlbim zədələnən, sınan bir vaxtda,
Sən gəldin, qəlbimə məlhəm sən oldun
Başına tac qoyub, oturtdum taxtda
O tacı kirlədən, atan sən oldun.

Qəlbimdə şahzadəm böyütdüm səni,
Özünü qül edən yenə sən oldun
Gözümdə bir pəri görürdüm səni
Gözümü kor edən yenə sən oldun.

Sevirəm deyirdin, puç oldu ömrüm,
Ömrümü puç edən inan sən oldun.
İstəmir sevgini qaçır bu könlüm
Qaçmağı öyrədən bil ki, sən oldun.

Bilmədin qədrini bu saf sevgimin,
Yalanla aldadan, yalan sən oldun
Qiymətin öldürdün ülvi eşqimin
Bu eşqə ləkəni salan sən oldun.

Bir zaman yalansız dünyam olmuşdum,
İndi yalan cəhənnəmim yenə sən oldun
Sən mənə yalançı, şorgöz deyirdin,
Mənə yalan deyən elə sən oldun

Bəlkə də sevgimə inanmadın sən,
Amma ki, sevirəm, deyən sən oldun
Bəlkə də yalandan utanmadın sən
Amma yalan demə edən sən oldun.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1766 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az