Allahım Sənə Min Şükür

pol Fayiq 31 Mart 2013 / 14:42
Bir yaşlı qadın olduqca dininə,Allaha bağlı bir adam idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: “Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun!” – deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: “Allah yoxdur, Allah yoxdur!” – deyə fəryad qoparardı.Yaşlı qadın bundan nə qədər incisə də, sözündən dönməzdi. Ertəsi gün yenə qapısının ağzına çıxar, dua edər, sonra evinə qayıdardı. Qonşusu da inad olsun deyə var gücü ilə, “Allah yoxdur, Allah yoxdur!” – deyib təsəlli tapmağa çalışardı. Bir axşam qonşusu yaşlı qadına “tələ qurmağı” qərara aldı. Dükana gedib meyvə, tərəvəz, çörək aldı. Doldurduğu torbaları yaşlı qadının qapısının ağzına qoydu. Ertəsi gün yaşlı qadın qapını açıb torbaları gördü. Əvvəlcə təəccübləndi, sonra əllərini Allaha açıb sevinclə, “Sənə şükürlər olsun, Allahım.

Göndərdiyin bu nemətlər üçün sənə şükürlər olsun!” – deyə dua etdi. Bu vaxt ağacın arxasından ona tamaşa edən qonşusu səsləndi: “Allah yoxdur, qadın, Allah yoxdur! O gördüyün şeyləri də sənə mən aldım!”. Yaşlı qadın heç halını pozmadı və bu ibrətli sözləri dedi: “Uca Allahım! Sənə nə qədər şükür etsəm, yenə azdır. Həm bu nemətləri mənə göndərmisən, həm də xərcini şeytana ödətmisən

[cavab]

pol vasif658 31 Mart 2013 / 15:01
Kasıb bir oğlan padşahın qızına aşiq olur. Ancaq bu arzusunun əlçatmaz olduğunu anladığı üçün pərişan halda gəzib-dolaşır. O, bir dəfə ağsaqqal bir dərvişlə rastlaşır və dərdini ona açır. dərviş də, öz növbəsində, ona: "Övladım, şəhərin girişində otur, kim sənə nə desə sən ona: "Allah",- deyə cavab ver",- məsləhətini verir. Kasıb gənc dərvişin məsləhətinə əməl edir. Günlərlə, aylarla şəhərin girişində oturur. Kimin nə deməsindən, nə soruşmasından asılı olmayaraq, ancaq Allah deyir. Bir müddət sonra həmin oğlan bu davranışına görə bütün şəhərdə məşhurlaşır, hamı ondan danışır. Məsələ padşahın da qulağına gedib çatır. Bir gün padşah bu məşhur gənci görmək istəyir. Əvvəlcə, dərvişdən həmin oğlan haqqında məlumat istəyir. Dərviş də ona bildirir ki, bu gənc dövrün ən mübarək, Allaha bağlı insanlarından biridir. Bunu eşidən padşah dərhal gəncin yanına gəlir. Ondan: "Kimsən? Problemin nədir? Nə istəyirsən?"- soruşur. Gəncin cavabı isə yalnız bir olur: "Allah". Padşah gəncin dilindən başqa söz çıxmadığını görüb geri qayıdır. Səhərisi gün dərviş gəncin yanına gəlir və deyir ki, padşah öz qızını ona verməyə razı olanadək, o, padşahdan başqa bir şey istəməsin. Bir gün yenə padşah oğlanın yanına gəlir və deyir: "Səni öz qızımla evləndirmək istəyirəm. Fikrin nədir?" Gənc oğlan isə bu təklifi rədd edir və deyir: "Qızınızla evlənmək istəmirəm. Mən başqa bir niyyətlə "Allah" dedim. Allah isə padşahı mənim kimi kasıb bir gəncin ayağına gətirdi. Mən sırf Allah rizası üçün "Allah" desəydim, kim bilir nələr olardı? Bundan sonra mən Ondan başqasını tanımıram, Ondan başqasını istəmirəm".

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.172 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az