Sehid Atasinin Feryadi
Vor28
30 Mart 2013 / 16:54
Bu ilin martın 6-da Tərtər rayonunda döyülərək öldürüldüyü
iddia olunan əsgər Orxan Mirzəzadənin atası Ələmxan Mirzəzadə ölkə başçısı İlham Əliyevə şeir yazaraq müraciət edib.
*******.*** əsgər atasının prezidentə yazdığı şeiri təqdim
edir:
Biz sizə oğul verdik vətən üçün əsgər olsun,
Vətən qeyrəti çəkən oğul olsun, ər olsun,
Biz sizə əsgər verdik, güc olsun, zəfər olsun,
Bizə tabut verdilər, sarılmaq üçün ona,
Dərdə düşən bir ata, fəryad edən bir ana.
Qorxudan çəkilmədik bizdə tinə daldaya,
Biz sizə əsgər verdik, güvəndiyin orduya,
İstədik ki, güc gələk gələn qana-qadaya,
Bizə tabut verdilər ey Ali Baş Komandan,
Nədən oldu bu qətl, nədən töküldü bu qan?
Biz sizə oğul verdik, vətənin dar günündə,
Ali Baş Komandanın dayanarıq önündə,
And içək dayansın vətənin keşiyində,
Bizə tabut verdilər içində ölmüş əsgər
Məgər beləmi olur mündirlər, hərbiçilər?
Böyük amallar üçün oğul verdik biz sizə,
Qaranlıq zülmətlərdən vətən çıxsın gündüzə,
Özümüzdən olanlar zülm etdilər bizə
Nədən susdu ürəklər, nədən axıdıldı qan
Axı kimdir bu düşmən, ey Ali Baş Komandan?
Biz sizə oğul verdik, sənin yanında olaq
Bu qeyrət savaşında alnı açıq üzü ağ
Məkrli düşmənlərdən əbədi qisas alaq
Biz əsgər gözləyirdik qələbəylə qayıdan
Bizə tabut verdilər, ey Ali Baş Komandan!
Biz sizə oğul verdik dönmək üçün sipərə
Biz sizə əsgər verdik gömülərək səngərə
Vətənin bayrağını qaldırmaq üçün göylərə.
Bizə tabut verdilər bürünmüşdü bayrağa
Bizə bayraq verdilər endirmək üçün torpağa.
Biz əsgər gözləyirdik, bizə tabut verdilər
Biz oğul gözləyirdik, məzarı göstərdilər
Oğlumuzu aparıb bizə dərd göstərdilər
Haradan gəldi bu bəla, haradan düşdük bu qana
Başı daşlı bir ata, gözü yaşlı bir ana!
Özümüzdən olanlar özümüzü vuranlar.
Siyasətdə uduzub, düşmənlə iş quranlar.
Hiyləgər düşmənlərin pişvazında duranlar
Lənət olsun bu yolla gələn şana- şöhrətə
Bəsdir yara oldular bu boyda məmləkətə!
Nə qədər bəd xəbərdən sarsılacaq
beyinlər?
Tabutların altında əyiləcək çiyinlər?
Açılın bu tilsimlər, bu sehirli düyünlər
Özümüzü vuranlar, vurduranlar ar olsun
Min kərə lənət olsun, beləsinə ar olsun!
Ey möhtərəm Prezident, ey Ali Baş
Komandan
Bunları qəbul eylə oğlu ölmüş atadan
Olurmu belə insan olurmu belə vicdan
Cəbhəyə oğul verdik, bizə tabut verdilər.
Biz əsgər gözləyirdik cənazə göstərdilər.
red. Vor28 (30.03 /17:00)
[cavab]
urek
30 Mart 2013 / 17:02
superdi twk
[cavab]
Esger_Balan
30 Mart 2013 / 17:03
soz tapmiram yazmaga
[cavab]
Fayiq
30 Mart 2013 / 17:05
Superdi
[cavab]
Polad-PN
30 Mart 2013 / 17:07
twk o ataya
[cavab]
COMANDANTE
30 Mart 2013 / 17:17
NE YAZIM :( ------
red. COMANDANTE (30.03 /17:18)
[cavab]
Heyat2miz3un
30 Mart 2013 / 17:18
Ey möhtərəm Prezident, ey Ali Baş
Komandan
Bunları qəbul eylə oğlu ölmüş atadan
Olurmu belə insan olurmu belə vicdan
Cəbhəyə oğul verdik, bizə tabut verdilər.
Biz əsgər gözləyirdik cənazə göstərdilər SUPERDİ AMM BU ÜN ELASİDİR
[cavab]
Vasif
30 Mart 2013 / 17:22
Super
[cavab]
yako
30 Mart 2013 / 17:40
ürəyim dözmədie axıracan oxuyum:(Allah səbr versin Atasınada,Anasınada.qeyri kəəslərədə insaf!
[cavab]
Excellent
30 Mart 2013 / 18:49
COOX GOZEL VE DUZ YAZIB ALLAH SEBR VERSIN O ATA ANAYA. ESGERLERE EL QALDIRANLARA,ONLARA ZULM EDENLERE ISE ALLAH LENET ELESIN!!!
[cavab]
Bölmeye qayıt
0.1822 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az