Belə hara gedirik? [By:Dj-Heyder]
Dj-Heyder
30 Mart 2013 / 16:32
Sonacan oxu.Peşman olmazsan.Təhsil aldığım universitetlə
bağlı yazmışam. Universitetdəki
problemlər, səbəbləri və s. Yazıda
çox kiçik də olsa tələbələrə yer
ayırdım. Çünki o yazı sırf təhsil
aldığım universitetlə bağlı idi. Bu
yazıda isə ümumilikdə tələbələr
haqqında yazacam. Ümumilikdə,
Azərbaycandakı universitetlərdə
təhsil alan tələbə gənclərimiz haqda.
Şəxsi fikirlərimi, faktları, gördüyüm
iyrənclikləri, tələbələrin
qorxaqlığını, kölə xislətləri,
səbəblərini. Bir sözlə möhkəm
durun.
Azərbaycanda statistikaya əsasən
tələbə adını qazanmaq hər 5
nəfərdən birinə qismət olur. Yəni bu
bir növ dividentdi. Tələbə adını
qazanmaq çox çətin olmasa da asan
da deyil. Tələbə olmaq üçün
keçirilən imtahanlar, test sistemi,
orta məktəblərdə təhsilin bərbad
halda olması və s. kimi səbəblərdən
tələbə adını qazanmaq Azərbaycanda
çox ciddi uğur sayılır, nəsil-kök
arasında nüfuz qazandırır. Başda
ailələr olmaqla heç kim sonrası ilə,
tələbənin universitetdə nə işlər
gördüyü ilə maraqlanmır. Bu heç
kimə lazım olmur. Ata-ananı artıq
ancaq diplom maraqlandırır. O
diplom ki qızının cehizi, övladının
elçilik "kozeri"dir.
11 il boyunca məktəbdə bərbad
sistem tərəfindən məhv edilən,
boğulan, “o olmaz, bu olmaz” tipində
sərt sistem tərəfindən yetişdirilən
gənc-şagirdlər universitetə girəndə
4 il boyunca azadlıq qazandığını
düşünür. Təsəvvür edin ki, zooparkda
doğulan bir ayını 18 il böyüdürsünüz,
sonradan onu aparıb tayqaya
buraxırsınız. Alınacaq effekt çox
fəlakətli olar. Necə ki, hal-hazırda
azərbaycanlı tələbələr o gündədilər.
İbtidai sinifdə bütün uşaqlığı,
individuallığı əlindən alınan,
kütlənin bir üzvü olması üçün hər
şey edilən oğlan uşağı böyüyür,
yeniyetməliyi intim aclıq
içərisində keçir, vəhşiləşir, 6-cı
sinifdən etibarən "vor", "təsbeh",
"məhlə", "mentalitet" söhbətlərinin
həvəskarına çevrilir, az-çox
oxuyurdusa, onun da daşını
birdəfəlik atır. Qız uşağı daha bərbad
şəkildə böyüdülür. Hər şeyi -
azadlığı, insanlığı əlindən alınır,
ikinci sort insan münasibəti görür,
ailə daxilində belə çox sərt
qadağalarla rastlaşır. 10-11-ci siniflər
gəlir, repetiror, əzbərçilik və doğrü-
düzgün dünya görüşü olmayan orta-
statistik Azərbaycan gənci tələbə
adını qazanır. Və bütün fəlakətlər
burdan başlayır.
Orta məktəbdə normal bazanın
yaradılmaması, tələbələrin
beyinlərinin 2 il boyunca repetitor
hazırlıqlarında həddən artıq
yüklənməsi nəticəsində I kursda
tələbələrin 90%-i oxumur. Ardı isə
corab söküyü kimi gəlir. Sistemin
qurbanı olan tələbə ailə basqısından
qismən qurtulmağın verdiyi rahatlıq
içərisində özünü azad, azadlığını
qazanmış sayır. Halbuki bu azadlıq
formal azadlıqdı və mahiyyətcə
həbsxanada məhkumlara verilən
həbsxanadaxili gəzinti azadlığından
çox az fərqlənir.
[cavab]
Vor28
30 Mart 2013 / 16:39
Cox gozel yazilib. Bele weyleri sona qeder oxumurdum ama bunu oxudum. Tesekkurler.
[cavab]
Dj-Heyder
30 Mart 2013 / 16:42
Vor28, deymez
[cavab]
deli_ilkin
30 Mart 2013 / 16:43
[cavab]
real85@mailru
30 Mart 2013 / 17:00
qaqa halaldi ela yazmisan
[cavab]
PLAYBOY
30 Mart 2013 / 19:45
Sen harda oxuyursan? Yeqinki 1ci kursdasan uzaq basi 2. " yeniyetməliyi intim aclıq
içərisində keçir" ne isteyirsen, isteyirsen intim fenni kecilsin? Qizlar oglanlar serbest olsun? Sixmasinlar olari ne mektebde ne evde he? Brazilyadaki kimi? Hami ozun agilli bilirde bizde.. Azerbaycanda tehsil yoxdu o oz yerinde ama sen burda qatiqlamisan.
[cavab]
Dj-Heyder
30 Mart 2013 / 19:57
PLAYBOY, Sən təzədən oxu.
[cavab]
Bölmeye qayıt