Sən Görmədin..
Fayiq
30 Mart 2013 / 11:15
Heç gözləmədiyiniz bir anda,yönsüz bir rüzgarın ortasında görərsəniz özünüzü.Bir ümüd ilə sığınarsınız heç tanımadığınız birinə.
Rüzgar zamansız bir sevgi yağışına çevrilər.Yağar səhrə olmuş ürəyinizə.Və bilirsiniz ki,buxar olub gedəcək.Yenə də o nəmi hiss etmək istəyərsiniz.Günəş doğana qədər.
Üşüdər sizi heç tanımadığınız duyğular.Qar ilə örtməyə çalışarsınız yüksək təpələrinizi.Tərtəmiz bir bəyaz yayarsınız ucsuz bucaqsız Və qarla örtülmüş ürəyinizdə icazə verərsiniz sevgi çiçəyinin açmasına.
Mövsümün sonunda bəyazların üzərində açmış bir çiçəkdir artıq sizin imkansız sevginiz.
Heç gözləmədiyim bir anda,yönsüz bir rüzgarın ortasında tapmışam səni Yanlızlığımın çarəsiz qaçışıydın
Gözlərini görmədən sevdim Əllərini hiss etmədən toxundum ürəyinə Bir ümüd idi,sənə sığınışım.
SƏN BİLMƏDİN
Zamansız bir yağış idin yağan...Bilirdim buxarlaşıb gedəcəksən Mən,səni bilə-bilə sevdim Hər yağış damcısının səssizliyində
SƏN GÖRMƏDİN
Yağan bir qar dənəsi kimi təmizdin Ürəyimə yağan ən təmiz duyğulardın Qarla örtülü ürəyimdə icazə verdiyim sevgi çiçəyimdin səssizcə açan
SƏN GÖRMƏDİN
[cavab]
Bölmeye qayıt
0.197 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az