MaqnuM (Ağıl)

pol MaqnuM 26 İyul 2012 / 08:51
Ağıl..............

1. Ağıllı başqa bir ağıllının fikri ilə həmişə razılaşar. Sarsaq isə nə ağıllı, nə də sarsaq adamın fikri ilə razılaşar.
...... Aristotel

2. Ağlı qısa olanın dili uzun olar.
...... Aristofan

3. İnsana şux geyinməkdən daha çox ağlın zənginliyi vacibdir.
...... O.Balzak.

4. Ağıl təkcə bilikdə yox, həm də biliyi işə tətbiq etmək bacarığındadır.
...... Aristotel

5. Dəmir işləməyəndə paslanır, su bir yerdə qalanda iylənir, insan ağlı isə tətbiq edilmədikdə kütlənir.
...... Leonardo da Vinçi

6. Böyük məhəbbət dərin ağılla ayrılmazdır, ağlın genişliyi qəlbin dərinliyi ilə ölçülür.
...... Qoncarov

7. Ağıllı adam odur ki, dediyinin nəticəsini əvvəldən görə bilir.
...... Dostoyeviski

8. Müdrik çox bilən adam deyil, biliyi xeyirli olan adamdır.
...... Esxill

9. Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır.
...... F.Köçərli

10. Hamıdan ağıllı olmağı arzulamaqdan daha böyük axmaqlıq ola bilməz.
...... Laroşfuko

11. İnsan qılıncının kəskinliyi ilə qəhraman ola bilməz, ağlın kəskin olması lazımdır.
...... M.S.Ordubadi

12. Ağıllı olmaq istəyirsənsə, ağıllı sual verməyi, diqqətlə dinləməyi, sakit cavab verməyi və sözün qurtaranda susmağı öyrən.
...... Lafater

13. İnsan qanadsızdır, lakin öz ağlının gücünə arxalanarsa, uça bilər.
...... Jukovski

14. Yer üzərində ən böyük varlıq insandır, insanda ən qiymətli şey müdriklikdir.
...... A.Hamilton

15. Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyildir, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gələr.
...... Sədi

16. Ağıllı adamlar kin bəsləməzlər.
...... Qətran Təbrizi

17. Ən böyük kəşf insanın özündə olanı tapmaqdır.
...... V.Şekspir

18. Başında ağlı az olanın evində qəmi çox olar.
...... Əfqan atalar sözü

19. Ağılsız baş əlindən səfil ayaq nələr çəkər.
...... Türk atalar sözü

20. Ağıllı ilə vuruşmaq, axmaq ilə yeyib-içməkdən yaxşıdır.
...... Gürcü atalar sözü

21. Məsləhəti böyüklə də elə, kiçiklə də, amma qənaətə öz ağlına gəl.
...... Ərəb xalq məsəli

22. Sözü yadında saxlayan ağıllı, nağılı yadında saxlayan isə müdrik olur.
...... Monqol atalar sözü

23. Min daş-qaşın olunca bir ağıllı başın olsun.
...... Tatar atalar sözü
red. MaqnuM (26.07 /08:51)

[cavab]

pol Dj_KeNaN 26 İyul 2012 / 12:44
Men hemiwen fexr etmiwem bugunde fexr ediremki Azerbaycanliyam........H.Eliyev

[cavab]

pol ehliman051 26 İyul 2012 / 15:48
hamisi heyati sozlerdir,tewekkurler brat..

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1308 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az