Yalan Nedir

pol Fayiq 28 Mart 2013 / 14:48
Haqq-ədalət, doğruluq Allaha məxsusdur.
Fitnə-fəsad, yalan şeytana məxsusdur.

Hər kim Allah-təalanın haqq-ədalət xasiyyətindən istifadə edib, doğru danəşıb, dürüst davranarsa, həyat özü ona yaxşılıqlar bəxş edər, çətin işlərini asanlaşdırar
Yalan-gözəgörünməz külək kimi davalara səbəb olan silahdır.

Saxta yalan məhv olur, yalan danışan xar, ona inananlar isə peşman olurlar.
Bu peşmanlıq da gec olur, çünkü inciyən qəlblər inciyib, edilən günahlar nameyi əmələ yazılıb.
Edilən günahların bağışlanması isə Allahın rəhmətindən, bəndənin ibadətindən asılıdır.
Zəif ağaclar calanıb peyvənd edildiyi kimi, Allah-təala da zəif bəndələrinin günahlarını bağışlayır, şər əməllərini xeyrə calayıb ədalətə çevirir.

Ağacın yarpaq və sairə məhsulu öz dibinətökülüb, öz ətrafını çirkləndirdiyi kimi, dil-ağızın da ləyaqətsiz söz-söhbət məhsulu öz ətrafına yayılır, özünü şərafətsiz edib, ziyana uğradır
Buna görə danışıq və davranışlarınızda diqqətli olun. Bütün işlərinizi Allaha həvalə edin.
Allaha sığının, Allaha pənah gətirin.Çünki hamının sahibi Allahdır!


HEDIS

Həzrəti Mühəmməd(s.ə.s) peyğəmbəri öldürmək üçün düçmənlər onu axtarırdılar. Həzrətin ən yaxın əshabələrindən biri olan Səlman Farsi bu işdən xəbər tutub, Həzrəti gizlətmək üçün onu kisənin içinə qoyub aparırdı. Yolda bir nəfər ona rast gəlib soruşur:
Ya Səlman, kisədə apardığın nədir?
Səlman deyir: Həzrəti Peyğəmbərdir.
Səlman Həzrəti Peğəmbəri gizlətmək istədiyi evə gətirir, kisədən çıxarır. Həzrəti Peyğəmbər Səlmandan soruşur:
Ya Səlman, məni buraya niyə gətirdin?
Gizlətmək üçün
Elə isə kisədə olduğumu niyə dedin?
Səlman dedi:
Allahın Peyğəmbərinə görə də olsa, yalan danışa bilmərəm.

Bu hədisdən ibrət almaq lazımdır. Belə ki, yalanın Cəhənnəm odu olduğunu bilən şəxs heç vaxt, heç kimə görə yalan danışmamalıdır

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2108 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az