Mən olmayacam

pol Repery 28 Mart 2013 / 00:39
Bir gün olmayacam tənha qalanda,
Sən ozün ozünlə danışacaqsan,
Daha naz etməyə adam tapmayıb,
Ozündən küsəcək,barışacaqsan.

Bir gün olmayacam ,göz yaşlarin da,
Durub yanağından soracaq məni,
Silən olmayacaq daha onları,
Axıb ümman olub boğacaq səni.

Şirin sözlərimlə sənə verdiyim,
O şən gülüşlər də aglayacaqlar,
Qəlbdə saxladığım məhəbbətimi,
Gözlərin önündə saxlayacaqlar.

Qəmli günlərində yox cavabların,
Yerimə qonaqtək gələcək sənə,
"YOX"soznün sonuna yazib qoyduğun,
Nöqtələr ,nidalar güləcək sənə.

Axan göz yaşımı sən görmə deyə,
Onları gülüşə satib ağladım....
Dərdin çox olanda hər axşamcağı,
Dərdini dərdimə qatıb ağladımş

Daha mən nə edim,De,bundan artıq??
Mənim bu sevgidən üzüldü əlim,
Həmişə yanında olsam da belə,
Sən mənim yanımda deyildin gülüm.

Yəqin ki yanıldim,yanılmasaydim
Lap elə başından sevməzdim səni.
İndi duşünürəm,sevsəm də belə,
Yəqin etməmişəm sən istəyəni.

Sənin istədiyin nədir,bilmirəm,
İndi anladim ki,mən deyiləmmiş,
Dərdinə,qəminə tən olsam belə,
Konlünə qəlbinə tən deyiləmmiş.

Bilmədin qədrimi,əfsuslar olsun,
Daha mən gedirəm ,məndən incimə.
Mən gül toxumları sevgimə səpdim,
Tikanlar yetişib batdı qəlbimə.

Gülüm mən gedirəm.amma ki anla.
Həyat mən oxuyan nəğmələr deyil.
Səni əzizlədim,nazını çəkdim,
Dunya naz edəni,xoşlamayır...bil!

Olar məndən otrü darıxasan sən,
Sakit bir gecədə,qəmli bir axşam.
Necə ki mən vardım,sənsə yox idin,
Onda sən olsan da,mən olmayacam!!

[cavab]

pol Kamran7 28 Mart 2013 / 00:41
Super

[cavab]

pol ramil115 28 Mart 2013 / 00:41
qeweydi.twk

[cavab]

pol BerryBlack 28 Mart 2013 / 00:44
O, sene derd verib zulm etdise,
Yazigi gelmeyib goz yawlarina..
Yad bir insan kimi cixib getdise<
Aglama,ureyim, "O"deymez buna...>>

[cavab]

pol Seyfu 28 Mart 2013 / 00:45
di brat.

[cavab]

pol Kamran7 28 Mart 2013 / 00:46
BerryBlack, qewweyyyy

[cavab]

pol (=N 28 Mart 2013 / 00:46

[cavab]

pol Seyfu 28 Mart 2013 / 00:47
BerryBlack, halal

[cavab]

pol BerryBlack 28 Mart 2013 / 00:48
Seyfu, beyendiyiniz ucun saolun..)

[cavab]

pol BerryBlack 28 Mart 2013 / 00:49
Umid gozlyerken her sabahindan,
Oyretdi her defe oz yoxluguna...
"O" senden ayrildi,sen oz ruhundan
Ayrilma,ureyim,"O"deymez buna...)

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2149 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az