Səbrlə Gözlədim
Repery
27 Mart 2013 / 21:08
Səbrlə Gözlədim
Gözləməyin sirrini,səbrini,gözəlliyini o insanda gördüm.
Gözləməyin əslində hər adamın işi olmadığını öyrəndim.
Gözləmək sehirli bir şeydi demək ki...
Belə səbirlə kimisə gözləyəni ilk dəfə gördüm.
Hər gün eyni yerə gəlir,sakit və heç yerindən tərpənmədən dayanırdı bütün günü.
Yan yörəsindən adamlar gəlib keçər ama o yerindən belə tərpənməzdi.
Qışın ən soyuq keçdiyi vaxtlarda,dumanlı,yağışlı havalarda su içində islanırdı ama vecinə belə deyildi...
Onu gördükcə ürəyim ağrıyırdı.
Ona nəsə olmuşdu məlum məsələ idi...
Çünki bir insan asan-asan belə vəziyyətə düşməzdi.
Baxışları insanı kövrəldəcək qədər yaralı idi.
Sonsuz bir yol,başı dumanlı dağlar qədər səssiz və qeyri adi bir insandı.
Gözləməyin sirrini,səbrini,gözəlliyini o insanda gördüm.
Gözləməyin əslində hər adamın işi olmadığını öyrəndim.
Gözləmək sehirli bir şeydi demək ki...
Gözlədikcə təsir edir,yaşatdıqca yaşayırdı.
Sonralar o insanın kim olduğunu soruşdum...
Deyilənlərə görə gözlədiyi qadın 10 ildən çoxdur ki,bu yerdən məhz sağollaşıb gedib.
Və elə o gündən bəri hər gün,hər an bu küçədə həsrətlə onun nə vaxtsa yenidən geri dönəcəyi günü gözləyir.
[cavab]
Polad-PN
27 Mart 2013 / 21:45
super
[cavab]
Esger_Balan
27 Mart 2013 / 21:59
eeeeeeehhhh
[cavab]
Boncuq
27 Mart 2013 / 22:05
Repery, maraqlidi
[cavab]
Repery
27 Mart 2013 / 22:10
twkrler
[cavab]
Bölmeye qayıt
0.1595 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az