Sevgiler
Fayiq
27 Mart 2013 / 20:50
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.
[cavab]
EMIN98
27 Mart 2013 / 20:51
Eladi..
[cavab]
Esger_Balan
27 Mart 2013 / 22:02
qeweng
[cavab]
anominka
27 Mart 2013 / 22:11
Geseng idi sagolun........
[cavab]
EMIN98
27 Mart 2013 / 22:11
Mahnidi bu?
[cavab]
Bölmeye qayıt
0.1671 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az