Gorurdum Bugunu..

pol Fayiq 27 Mart 2013 / 20:45
Bu da sonuncu gün. Sonuncu vida
Bu da ayrılığın sonuncu tini
Quzum, hər görüşün son ucu vida
Görürdüm bu günü

Səninlə görüşün birinci günü
Yolun uğurlu olsun deyirəm sənə
Qarşında ömür gün sınağı durur
Nə deyim , bəlkə də yolunda yenə
Mənim tək bir sevda qonağı durur
Gedirsən

Bu günü saxla yadında
Yaddaşın mən verən dərsi pozmasın
Sən elə alış ki , sənin odunda
Ötəri qonaqlar qoy qızınmasın
Qarşımda nə çəpər, nə də ki barı
Mənim də ömrümə beləcə gəldin
Qəlbində bir çınqı od saxla barı
Bəlkə bir çırağı yandıra bildin
Əyil

Məhəbbətin önündə əyil
Bəlkə bu dünyadan qopara səni
Taleyin estafet ağacı deyil
Hərə bir mənzilə apara səni
Bir gün də sərbəstlik taxtı devrilib
Ömrünə gəlinlik illəri gələr
Dünənin bir namərd dosta çevrilib
Sabah kəndirini doğraya bilər

Bu da sonuncu gün, sonuncu vida
Bu da ayrılığın sonuncu tini
Quzum, hər görüşün son ucu vida
Görürdüm bu günü
Səninlə görüşün birinci günü

[cavab]

pol anominka 27 Mart 2013 / 22:14
Supeer...........

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1932 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az