Məzəli ulduz Falı

pol Repery 23 Mart 2013 / 22:07
Yanvar: Ciddi və hirsli biridir. Necə deyərlər "Dişləri incidəndir, dili can incidəndir". Ağıllı və planlı iş görür. Çünki avtobusda işləyir, plan verir. Duyarlı və dərin hissləri var. Marian çökəkliyində yaşayır.

Fevral: Dəyişkəndir. Bakseldə işləyir və "dəyişək inkişaf edək" prinsipi ilə yaşayır. Düzgündür. İnadkardır. İnadlaldır və inadkordur. Özünə güvəni yoxdur. İtirib. Tapanlar Baksellə əlaqə saxlasın. Xəyalların ardınca gedir. Amma Xəyallar onu azdıra bilmir. Qonşularında düz 8 dənə Xəyal var.

Mart: Utancaqdır. 4 oğul atasıdır. Tez hirslənir, güllələniləcək oy bağışlayın guvəlinəcək adamdır. İntiqamlıdır, qardaşı da Ehtiramlıdır. Bir sözlə ailəlikcə meyxanaçı İntiqam və Ehtirama pərəstiş edirlər.

Aprel: Aktiv və enerji doludur. Hər gun 5 ədəd Redbul icir. Təsəlli verməyi sevir. Can həkimidir. Yaddaşı güclüdür - 4GB. Tez-tez baş ağrıları olur. Hələ Antivirus yükləməyib.

May: Anlayışlıdır. Onu qovmaq lazım deyil, özü durub gedir. Ədəbiyyat və incəsənətlə maraqlanır. Amma ədəbiyyat və incəsənət ondan qaçır. Evdə oturmağı sevmir. Bütün günü uzanır.

İyun: Şirindildir. Buna gorə də evlərində yay, qış qarışqa olur. Eyni anda bir çox şey haqda düşünməyi bacarır. Ona görə də özü-özünə danışır. Çoxdanışandır. Qərar verməyi bacarmır. Ancaq qərar alır.

İyul: Yaxşı sirdaşdır. Kin saxlaya bilmir. Gücü çatmır. Kin cox ağırdı deyə. Yalnızlığı sevmir. Düz 4 dəfə yalnızlığa otval verib. Onun öz istədiyi var. Dost acısı çəkməyi bacarmır. Sinəsinə duşmür. Yalnız Yava çəkir.

Avqust: Zarafatcıldır. Qorxusuzdur. Liderliyi sevir. ATV-liyi bəyənmir. RomanTikdir. Atasından onun üçün Roman adlı şadlıq sarayı tikdirməsini istəyir. Yol gostərməyi sevir. Gələcəkdə Yol Polisi işləmək istəyir.

Sentyabr: Elmə fikir verir. Hər gun 1 packa fikir verir əvəzində ondan 1 siqaret alır. Ünsiyyətdə seçilir. İnsanların eyiblərini dolayı yolla da çatdırır. Probka olanda başqa yollarla da çatdırır. Amma özü qətiyyən güzgüyə baxmaq istəmir. Çünki evə güzgü almaqdan beziblər.

Oktyabr: Hamı ilə sözü tutur. Sonra birdən buraxır söz başı üstə yerə düşür. Yaxşı dostdur. Dostlara fikir verir. Xususilə də ayaqqabılarına. Tez küsüb, tez barışandır. Təsir altına tez düşür. Çünki qonşuları hər gün o balkonun altından keçəndə onun başına təsir tökür.

Noyabr: Calışqandır. Alışqandır. Yapışqandır belə sözləri xoşlamır. Çünki pəltəkdir "ş" hərfini deyə
bilmir. İradəsi güclüdür. İstədiyi qız İradə idmana gedir. Hamını olduğu kimi qəbul edir. Amma hamı onu görünüşünə görə yola salır.

Dekabr: Səbirsizdir. 4 oyundur ki, "sə" "bir" ata bilmir. Və 3 oyundur ki, butun nərd yoldaşlarına
Marsla uduzur. Dostlara bağlı olur. Hər gün ən azı bir dostuyla düyünə düşür. Sevildiyini daim hiss etmək istəyir. Qripdir deyə burnu iy hiss eləmir.

[cavab]

pol Repery 23 Mart 2013 / 22:08
Aprel: Aktiv və enerji doludur. Hər gun 5 ədəd Redbul icir. Təsəlli verməyi sevir. Can həkimidir. Yaddaşı güclüdür - 4GB. Tez-tez baş ağrıları olur. Hələ Antivirus yükləməyib...

[cavab]

pol *_FoReVeR_* 23 Mart 2013 / 22:09

[cavab]

pol EMIN98 23 Mart 2013 / 22:13
Yanvar super. Amma avtobusda iwlemirem. Gerek bawlayam

[cavab]

pol Juliet 23 Mart 2013 / 22:14
heqiqeten coox guldum :)

[cavab]

pol Eltun 23 Mart 2013 / 22:17

[cavab]

pol ejla 23 Mart 2013 / 22:18
Avtobusda iwidyirem?? mariana chokekliyi

[cavab]

pol Repery 23 Mart 2013 / 22:20

[cavab]

pol Kaybolan_Yillar 23 Mart 2013 / 22:23

[cavab]

pol Memo 23 Mart 2013 / 22:52
Yanvar

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1842 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az