QeMlI SeVgI HeKaYeSi.

pol Boss555 23 Mart 2013 / 17:59
Sakit, isti yay günlərindən biri idi.
Onlar əl-ələ tutub yolun qirağında
gəzirdilər. Küçədə işıqlar, maşınların
səsləri və sərin külək var idi. Onlar
bir yerdə idilər və bir-birilərini
sevirdilər.
Hərşey bir an içərisində baş verdi. İki
maşın toqquşaraq onları
əzdi...Partlayış.... qız bədənində
dəhşətli ağrılar hiss etdi və səsini
çıxara bilmirdi. Oğlan da
yaralanmışdı amma onun kimi
xəsarət almamışdı.
Xəstəxana...... Bu divarlar necə də
oğlana ağır gəlirdi. O, bir dəqiqə də
olsun qızın başının üstündən
ayrılmırdı və onun ayılmağını
gözləyirdi. Bu dəfə otağa tibb bacısı
daxil oldu. Oğlanı yanına çağırdı və
palatanı tərk etdilər.
O yaşayacaq hə? –oğlan soruşdu.
Tibb bacısı-Biz əlimizdən gələn hər
şeyi edirik ki, onu xilas edə bilək.
Mən sizə yalvarıram mənim ondan
başqa heç kimim yoxdur. Onu xilas
edin.
Tibb bacısı: Söz verirəm ki, əlimdən
gələn hər şeyi edəcəm.
Oğlan göz yaşlarını silərək palataya
qayıtdı. Bu zaman qız başa düşdü ki,
nəsə baş verir. Ancaq özü də başa
düşürdü ki, sağ qalmaq ehtimalı çox
azdır.
Bu zaman qız soruşdu:
Mənə deyin mən yaşayacam axı,
mən müalicə oluna biləcəm.
Tibb bacısı: Əlbəttə əzizim, biz
əlimizdən gələn hər şeyi edirik.
Gözlərini aşağı saldı və otağı tərk
elədi....
Bu zaman sevgililər palatada yalnız
qaldılar.
Qız dedi: Söz ver mənə nə olur-olsun
sən xoşbəxt olacaqsan mən bunu
istiyirəm səndən!!!
Oğlan: Sən nə danışırsan! Sən elə
mənim xoşbəxtliyimsən, sənsiz mən
yaşaya bilmərəm!!!
Söz ver mənə. Sən özün də bilirsən
ki, vəziyyət çox çətindi mən əmin
olmaq istəyirəm söz ver....(və
qışqıraraq başdadı ağlamağa)
Yaxşı sənə söz vermirəm, ancaq
çalışacam və o da qızı qucaqlayaraq
başdadı ağlamağa.
Axşam oldu. Qız artıq yuxuya
getmişdi. Oğlan isə hələ də onun
yatağının yanında oturaraq ordan
tərpənmirdi.

[cavab]

pol =SeVGiLiM_oL= 23 Mart 2013 / 18:01
oooooouu

[cavab]

pol Boss555 23 Mart 2013 / 18:02
Bu zaman qız yuxu görürdü hansı ki,
anası onun yuxusuna göylərdən
gələrək dedi:
Qızım sabah axşam mən sənin
dalınca gələcəm və biz tamamilə
başqa dünyaya gedəcəyik. O
dünyada sən ağrının nə olduğunu
bilməyəcəksən və sakit, rahat həyat
yaşayacaqsan.
Nece? Artıq? Ancaq mən ora getmək
istəmirəm! Mən onu sevirəm! Mən
onsuz qala bilmərəm!
Ana: Mən gəlmişdim səni xəbərdarlıq
edim. Bugün sənin sonuncu
günündü onunla. Və ana gədəndə
sanki arxadan ağ qanadları açıldı və
mələk kimi uçdu getdi.
Səhər həmişəki kimi tibb bacısı
gəldi, o analizlərin cavabını
gətirmişdi və cavablar da heç xoş
deyildi.
Bu zaman sevgililər yenə palatada
yalnız qaldılar və qız dedi Mən bu
gecə öləcəm. . O inanmadı: özünü
divarlara çırparaq ağlamağa başladı:
sən ölə bilməzsən, sən sağalacaqsan,
hərşey yaxşı olacaq!!!
Xahiş edirəm bugün mənim son
günümdü yanımdan ayrılma,
istəyirəm bütün günümü səninlə
keçirdim. Oğlan bilmirdi nə desin, nə
etsin sadəcə olaraq ağlayırdı, sanki
ürəyi döyünmürdü. Bu zaman o
dedi: gəl gözəl günlərimizi yada
salaq, o xoş xatirələri və mən sadəcə
olaraq səni öpəcəm....
Sən xoşbəxt olmalısan sən mənə söz
vermisən. Ağlamayaq mənim son
günümdə. İstəyirəm bu günümü
sevinc içərisində keçirim. Bütün
günlərini onlar bir yerdə keçirdilər.
Amma artıq günəş batmaq üzrə idi.
Oğlanın gözlərindən yaş sel kimi
gedirdi....
- mən səni buraxa bilmərəm, səni
itirmək istəmirəm.
- Yəqinki belə olmali idi, belə daha
düzgündü.
- Mən getsəm də, həmişə yanında
olacam, sənə işlərində kömək
edəcəm, səni həmişə izləyəcəm. Söz
verirəm!!!
Birdən qızın pulsu dayandı. Və sanki
ruhu bədənindən ayrılaraq göylərə
uçdu. Həkimlər tez qaçaraq gəldilər,
amma artıq gec idi Ürək
döyünmürdü.
Qız hiss elədi ki, kimsə onun əlindən
tutdu-bu onun anası idi. Xahiş
edirəm ana bir neçə dəqiqə də qoy
qalım getmiyim.
- Qızım artıq vaxtdır biz getməliyik!!!
Qız sonuncu dəfə sevgilisinə baxdı.
Sanki onda da anasında olduğu kimi
qanadları əmələ gəldi. Oğlan sanki
dəli kimi olmuşdu hələ də inana
bilmirdi. Lakin qız söz verdiyi kimi
onu tərk etmədi. Onun ruhu hər gün
onun yanında idi və sanki onu
izləyirdi. O hər gün qızı düşünürdü:
onu necə möhkəm sevdiyini, necə
öpdüyünü o xoş günlərini. Bir qış
gecəsi o pəncərənin şüşəsinə
söykənərək bayıra tamaşa edirdi.
Onun isti nəfəsi şüşədə par yaradırdı.
Və sanki nəfəsi ilə şüşəyə yazırdı:
Mənə necə də sənsizlik ağırdı, hər
şeyimi qurban verərdim, yenidən
səni görmək üçün, yenidən səni
qucaqlamaq üçün, ya məni də
özünlə apar ya da qayıt!!!
Birdən şüşənin əks tərəfində oğlanın
adı yazıldı. Bu o idi- sevgilisinin onu
çağırdığını hiss edərək dayana
bilməmişdi. Oğlan uşaq kimi, sevinir,
qışqırırdi, bu ondan asılı deyildi.
Şüşənin əks tərəfində damcılar
əmələ gəlirdi ki, bu da qızın göz
yaşını əks etdirirdi. Bu dünyanın ən
saf, ən təmiz sevgisi idi. Bunu
sözlərlə başa salmaq qeyri-mümkün
idi, bunu hiss etmək lazım idi. Sanki
bu mələyin insana qarşı olan sevgisi
idi. Şüşədə kiçik naxışlar əmələ
gəlməyə başladı ki, bu da qızın
gözəlliyini əks etdiridi. Həmin gözlər
idi ki, oğlan sonsuzacan baxmaq
istəyirdi, həmin dodaqlar idi ki,
toxunmaq istəyirdi. Ancaq şüşəyə
toxunanda o yalnız buz kimi şüşəni
hiss edirdi.
Nəyə görə dünya belə haqsız və
qəddardır? Bir-birini dəlicəsinə
sevən bu iki gənc nəyə görə ayrı
qalmalı idilər. Artıq ALLAH da bu
sevginin təkbaşına mümkünsüzlüyü
görürdü. O da oğlana və qıza qarşı
laqeyd qala bilmirdi. Baxmayaraq ki,
ALLAH buyurmuşdu: O qızın mələk
olmasını amma bunu bacara
bilmədi. ALLAH qıza yeni həyat verdi
ki, onlar yenidən qovuşsunlar. Bu isə
belə oldu.
Bir səhər onlar həmişəki kimi, yenə
birlikdə yuxudan ayıldılar. Onlar
heçnə yadlarına sala bilmirdilər,
hərşeyi unutmuşdular, bilirdilər ki,
nəsə baş verib amma xatırlaya
bilmirdilər. Bu möcüzəni ALLAH
istəmişdi. Ancaq şüşədə onların
adları par şəklində qalmışdı, hansını
ki, özləri yazmışdı. İndiyənəcən də
onlar bizlərin arasında yaşayırlar.
Əgər nə vaxtsa onların sevgisindən
daha saf, daha möhkəm, daha əbədi
sevgi olarsa ALLAH da onları mələyə
çevirəcək!!!

[cavab]

pol Boss555 23 Mart 2013 / 18:03
Bu eyni hekayedi.prosta birinci yazdiqimin davami idi

[cavab]

pol Juliet 23 Mart 2013 / 18:03
superdi
red. Juliet (23.03 /18:09)

[cavab]

pol =SeVGiLiM_oL= 23 Mart 2013 / 18:06

[cavab]

pol Boss555 23 Mart 2013 / 18:06
Juliet, xanim hekayeni axiracan oxu goreceysiz axiri nece olur...

[cavab]

pol Juliet 23 Mart 2013 / 18:10
boss555, hee oxudum.twk

[cavab]

pol *THE-EnD* 23 Mart 2013 / 18:13
Nc nc nc oxumadim

[cavab]

pol Boncuq 23 Mart 2013 / 18:44
cox gozeldi axira kimi oxudum twk

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1638 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az