dini hekaye 12

pol RAMIL85 23 Mart 2013 / 14:56
Yaşlı qadın olduqca Allaha
bağlı bir adam idi. Hər
səhər qapısının ağzına
çıxar və uca səslə: "Allahım,
bizə verdiyin hər şey üçün
sənə şükürlər olsun!" deyə
dua edərdi. Hər dəfə də
yan qonşusunun səsi
eşidilər, qonşusu səsi
çıxdıqca: "Allah yoxdur,
Allah yoxdur!" deyə fəryad
qoparardı. Yaşlı qadın
bundan nə qədər incisə də,
sözündən dönməzdi. Ertəsi
gün yenə qapısının ağzına
çıxar, dua edər, sonra evinə
qayıdardı. Qonşusu da inad
olsun deyə var gücü ilə,
"Allah yoxdur, Allah
yoxdur!" deyib təsəlli
tapmağa çalışardı.
Bir axşam qonşusu yaşlı
qadına "tələ qurmağı"
qərara aldı. Dükana gedib
meyvə, tərəvəz, çörək aldı.
Doldurduğu torbaları yaşlı
qadının qapısının ağzına
qoydu. Ertəsi gün yaşlı
qadın qapını açıb torbaları
gördü. Əvvəlcə
təəccübləndi, sonra əllərini
Allaha açıb sevinclə, "Sənə
şükürlər olsun, Allahım.
Göndərdiyin bu nemətlər
üçün sənə şükürlər olsun!"
deyə dua etdi. Bu vaxt
ağacın arxasından ona
tamaşa edən qonşusu
səsləndi: "Allah yoxdur,
qadın, Allah yoxdur! O
gördüyün şeyləri də sənə
mən aldım!". Yaşlı qadın
heç halını pozmadı və bu
ibrətli sözləri dedi: "Uca
Allahım! Sənə nə qədər
şükür etsəm, yenə azdır.
Həm bu nemətləri mənə
göndərmisən, həm də
xərcini şeytana
ödətmisən"...

[cavab]

pol Fighter 23 Mart 2013 / 14:59
RAMIL85, dogurdanda Allahin gucune wubhe ola bilmez

[cavab]

pol ilkinlev 23 Mart 2013 / 14:59
HƏMİŞƏ ALLAHA İNANMAQ LAZIMDIR

[cavab]

pol *THE-EnD* 23 Mart 2013 / 15:01
Xaxaxaxa Axirda zor diyib

[cavab]

pol Moshennik 23 Mart 2013 / 15:03
RAMIL85, ellerıve saglıq qaqa cox qesey ıdı cox xosum geldı

[cavab]

pol RAMIL85 23 Mart 2013 / 15:09
deymez tekrar olsada yazmiwam

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1953 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az