Maraqli HadiSe...

pol by_TaButcu 22 Mart 2013 / 01:55
Fransanın cənubunda yerləşən
Pont Saint Esprit kəndində, 1951-
ci il, avqustun 16-sı səhər tezdən
çox qəribə hadisə baş verdi.
Yuxudan ayılan kənd əhalisi 1-2
saat içində dəli olmağa başladı.
İnsanlar polisə tez-tez əjdaha
gördüklərini, həmin əjdahanın
onlara hücüm çəkdiyini
söyləyirdilər.
Həmin gün bir nəfər “mən
təyyarəyəm” deyərək, özünü ikinci
mərtəbədən atdı. Qaçaraq həkimə
gələn biri isə:
-Həkim, ürəyim yerindən çıxıb,
xahiş edirəm, onu yerinə taxın. —
deyə yalvardı.
Küçələr dəli olan insanlarla dolu
idi. Bu qəribə hadisə 5 nəfərin
ölümü, 300 nəfərin yaralanması,
50 nəfərin isə dəlixanaya düşməsi
ilə nəticələndi. Fransa tarixinə bu
gün “lənətlənmiş çörək” adı ilə
düşdü. Mütəxəssislər səbəb kimi,
çörəyə qarışmış göbələyin
keyləşdirici və hallüsinasiya
yaradan təsirini göstərdilər.
Üzərindən 59 il keçdikdən sonra
CİA (Amerika Kəşfiyyat İdarəsi)
arxivlərini incələyən Albarelli adlı
jurnalist hadisənin AKİ-nin
“beynin idarə olunması” adlı
təcrübəsinin bir hissəsi olduğunu
iddia etdi.
İddiaya görə, AKİ kəndin
çörəklərinə “LSD” adlı kimyəvi
maddə qatıb və nələr baş verdiyini
müşahidə edib. Mütəxəssislərə
görə, LSD qəbul edən insanlara
təlqinlə istənilən işi gördürmək
olar. Ehtimal olunur ki, son illərdə
kamikadzelərin hazırlanmasında
bu maddədən istifadə edilir.

[cavab]

pol HiDoW 22 Mart 2013 / 02:06
MaRaQLiDi

[cavab]

pol *_AGRO_* 22 Mart 2013 / 02:10
Cox Maraglidir ...!

[cavab]

pol urek 22 Mart 2013 / 03:28
maraqlidi..

[cavab]

pol wehruz94 22 Mart 2013 / 03:34
tşk. Maraqlı idi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1948 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az