Qaraqanın "Mələk" kitabından bir parça

pol **SEVIREM** 20 Mart 2013 / 15:48
Proloq

Artıq neçənci gecə idi gözümə yuxu gəlmirdi. Pəncərənin qarşısında əyləşib səmanı ikiyə bölən ildırımlara baxır, otağımın tör-töküntüsündən yağış damlalarının azadlığında gizlənərək, onların səliqəsiz düzülüşündəki ilahi incəliyi gözlərimdən içimə çəkib rahatlayırdım. Birinci gün, ikinci, gün, üçüncü gün, dördüncü gün, beşinci gün gözləmələri və altı bazar həyatını yaşayan özündən küsmüş, otuz yaşlı uşaq idim. Mənim həyatım siqaret tüstüsü kimi dodaqlarımdan sovrulub göylərdə yox olur, əriyir buxarlanırdı. Heç nə gözləməyən və heç kəsin gözləmədiyi bir adama çevrilmişdim. Pəncərənin şimşək səsindən silkələnməsi və bir başmağa qoyduğum iki ayağımı bir-biriləri ilə qızdırmağım mənə qəribə bir hissiyyatsızlıq verirdi sanki. Elə bu dəqiqə otağın küncündəki dibçəkdə bitən Kaktus olmağa da razı idim. Nə fərqi var ki, onsuzda.
Yağış getdikcə möhkəmlənir, göy gurultuları küçələrdə həyasızca şütüyən varlı balalarının təkərlərinin səsinə qarışır, Bakı çılpağ çirkinliyi ilə məni özündən daha da uzaqlaşdırırdı. Hava soyuyur və fikirləşirdim ki, bir dəqiqə də bu gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Bir daha dənəməliyəm yatmağı. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq. Mənə ağalıq edənlərə qulluq etməy üçün sabah gümrah olmalıyam. Bircə dəqiqə də bu mənzərəyə baxım. Payızın ikici yağışı idi və bu yağış deyəsən bütün Noyabr yağacaqdı. Uzun illər sevgisiz və məqsədsiz şəkildə davam etdirdiyim həyatımda bu Noyabr da heç nə gözləmirdim. Illər keçdikcə içdən qocalır və ümidlərimi bir-bir uşaqlıq xatirələrimə yola salırdım. Özümü həyatın dibində hiss edirdim. Günü gündən inkişaf edən və yüksələn bu şəhərdə sanki yerin dibinə düşür və orada gözə görsənməz bir qarışqaya çevrilirdim. Amma düz deyirlər ki, həyatın ən aşağı nöqtəsinə enəndə, ən pis vəziyyətində olanda birdən dəyişirsən. Və nəyəsə nail olmağa başlayırsan. Hər bir insanın həyatında elə bir dönüş nöqtəsi elə bir hadisə olur ki, bu onun bütün gələcək həyatını, həyata baxışlarını və hisslərini, düşüncələrini və inamını dəyişir. Mən heç nəyə inanmırdım həmin gecə. Amma bu hadisə baş verdi. Və mənim həyatımı tamamilə dəyişdi. - .....

[cavab]

pol Ayan01 20 Mart 2013 / 15:50
Qaraqanin bir milyon dollarim olsaydi birde A kitabi superdir

[cavab]

pol **SEVIREM** 20 Mart 2013 / 15:54
Ayan01, aha men hamisini oxumusam)

[cavab]

pol ejla 20 Mart 2013 / 16:02
Bu kitabi super imiw mende oxumaq istedim:(

[cavab]

pol anominka 20 Mart 2013 / 16:02
Heee men bu kitabi oxumusam sonlugu hec gozlediyim kimi olmadi ama kitab SUPERDI

[cavab]

pol **SEVIREM** 20 Mart 2013 / 16:08
ejla, oxumani lazim bilerdim cox maraqlidi)

[cavab]

pol **SEVIREM** 20 Mart 2013 / 16:09
anominka, he amma bir soz var deyerler kitabin axiri heyacanli bitese maraqsiz olar)

[cavab]

pol ejla 20 Mart 2013 / 16:15
**Sevirem**, hee oxuyaram) xowuma geldi bu parchasi)

[cavab]

pol **SEVIREM** 20 Mart 2013 / 16:21
ejla, :)

[cavab]

pol EMIN98 20 Mart 2013 / 16:23
Bu kitabı hardan tapmaq olar?

[cavab]

[1] 2 3 4 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1775 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az