Yazilmadan Təsdiqlənmiş qanundur! [By: Dj-Heyder]

pol Dj-Heyder 20 Mart 2013 / 14:07
Qadınları sevməmək cinayətdir,
sevmək isə cəzadır.
* * *
Sevdiyin qıza görə ölmək çətin iş
deyil: çətin olanı o qıza görə hətta
ölə bilməməkdir.
* * *
Kimisə görmək sadəcə 1 saniyə tələb
edir, kimdənsə xoşlanmaq 1 saat
tələb edir, kimisə sevmək 1 gün
tələb edir: kimisə unutmaq isə 1
ömür tələb edir.
* * *
Kiməsə öz sevgivi həsr edirsənsə
sən hələ bilə bilməzsən o sənə
cavab verə biləcək ya yox: ancaq sən
güvənmə ki, sevgivi sənə geri
qaytaracaq. Sadəcə gözlə ki, sənin
sevgin onun ürəyində yaranacaq:
hətta yaranmasa belə sənin
ürəyindəki o möhtəşəmlikdə
sevginin olmasına sevin!
* * *
Sevgi sanki insanların ürəyindəki diş
ağrısıdır.
* * *
Nəvazişli davranış sevgini sübut
etməyin ən yaxşı yoludur nəinki
ehtiraslı and içmələr.
* * *
Sevgi bizim mövcudluğumuzun həm
əvvəli, həm də sonudur.
* * *
Sevgi yeganə varlıqdır ki, hətta
müdrik insan belə onun qarşısında
baş əyir.
* * *
Sevgi xəstəlikdir ki müalicəsi
yoxdur: özü-özünə keçir.
* * *
Sevmək xoşbəxtlikdir: dünyada ən
böyük xoşbəxtlik isə sevilməkdir.
* * *
Sevgidə əzabdan qurtulmaq ən çətin
mərhələdir: çünki bu geri qayıdan
mərhələdir.
* * *
Sevgi və həyat eyni anlayışlardır:
Kim sevmirsə o yaşamır, sevgisiz
həyat isə: canlı ölümdür.
* * *
Dünyada yeganə hissdir ki, bu hissdə
sərhəd qoyulmur.
* * *
Ümumiyyətlə dünyada olan hər şey
bizi səhf etməyə vadar edir: ən
gülməli səhfləri isə sevgidə edirik.
* * *
Dünyada ən acı kədər və ən şirin
sevinc sevgidə yaşanır: biri səni
ölümə məhkum edir, digəri isə
ölümdən qurtarır.
* * *
Dünyanı yaşadan, yeganə kəlmə:
səni sevirəm kəlməsidir!
* * *
Yeganə hissdir ki, ətrafda olan
ağrıları, əzabları sənə bir ömür bəs
edəcək qədər unutdurur!
* * *
Sevginin ən pis xüsusiyyəti: insanda
olan iki müqəddəs amilin çökməsinə
səbəb olur: qüruru və
sürətpərəstliyi.
* * *
Bütün dünyada sevənləri bu sual
düşündürür nə üçün biz sevəndə:
sevdiyimiz üçün lazım olan kəlmələri
seçə bilmirik? – nəticədə peşman
oluruq.
* * *
Sevgi qum saatı kimidir: Bir tərəfdən
ürəyi doldurur digər tərəfdən ağılı
boşaldır.

[cavab]

pol Polad-PN 20 Mart 2013 / 14:26
kalass

[cavab]

pol Vuqar_929 23 Mart 2013 / 02:14
Buda sevgi mehkemesi
sebebkar~qiz
cinayetkar~dil
ceza ceken~urek

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1769 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az