[------(ShEyTaN)------]

pol HiDoW 20 Mart 2013 / 01:58
Yaşlı qadın olduqca Allaha
bağlı bir adam idi. Hər
səhər qapısının ağzına
çıxar və uca səslə: “Allahım,
bizə verdiyin hər şey üçün
sənə şükürlər olsun!” –
deyə dua edərdi. Hər dəfə
də yan qonşusunun səsi
eşidilər, qonşusu səsi
çıxdıqca: “Allah yoxdur,
Allah yoxdur!” – deyə
fəryad qoparardı. Yaşlı
qadın bundan nə qədər
incisə də, sözündən
dönməzdi. Ertəsi gün yenə
qapısının ağzına çıxar, dua
edər, sonra evinə
qayıdardı. Qonşusu da inad
olsun deyə var gücü ilə,
“Allah yoxdur, Allah
yoxdur!” – deyib təsəlli
tapmağa çalışardı.
Bir axşam qonşusu yaşlı
qadına “tələ qurmağı”
qərara aldı. Dükana gedib
meyvə, tərəvəz, çörək aldı.
Doldurduğu torbaları yaşlı
qadının qapısının ağzına
qoydu. Ertəsi gün yaşlı
qadın qapını açıb torbaları
gördü. Əvvəlcə
təəccübləndi, sonra əllərini
Allaha açıb sevinclə, “Sənə
şükürlər olsun, Allahım.
Göndərdiyin bu nemətlər
üçün sənə şükürlər olsun!”
– deyə dua etdi. Bu vaxt
ağacın arxasından ona
tamaşa edən qonşusu
səsləndi: “Allah yoxdur,
qadın, Allah yoxdur! O
gördüyün şeyləri də sənə
mən aldım!”. Yaşlı qadın
heç halını pozmadı və bu
ibrətli sözləri dedi: “Uca
Allahım! Sənə nə qədər
şükür etsəm, yenə azdır.
Həm bu nemətləri mənə
göndərmisən, həm də
xərcini şeytana
ödətmisən”...

[cavab]

pol Ayan01 20 Mart 2013 / 02:02
Ne qeweydir Tewekkuller

[cavab]

pol urek 20 Mart 2013 / 02:02
super like

[cavab]

pol HiDoW 20 Mart 2013 / 02:03
Ayan01, Deymez

[cavab]

pol HiDoW 20 Mart 2013 / 02:03
urek, [tkkrlr

[cavab]

pol Juliet 20 Mart 2013 / 02:05
supeer

[cavab]

pol 77777 20 Mart 2013 / 02:07
Super

[cavab]

pol Fermer-dayi 20 Mart 2013 / 02:10
yaxsi cavab verir

[cavab]

pol Golf 20 Mart 2013 / 02:12
Eladi

[cavab]

pol murk 20 Mart 2013 / 02:17
əla sag ol.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1382 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az