Dunyanin en gozel eseri...

pol Boss555 15 Mart 2013 / 16:01
Məşhur bir rəssam dünyanın ən
gözəl rəsm əsərini çəkmək
qərarına gəlir. O, əsərinin
mövzusunu tapmaq üçün uzaq
səyahətə çıxır. Bir meşənin
içindən keçərkən nurani bir
adamla qarşılaşır. Ona:
“Dünyanın ən gözəl şeyi
nədir?” – sualını verdikdə:
“İmandır”, -cavabını alır.
Rəssam yoluna davam edir. Bir
kənddə toy məclisinə gəlir.
İnsanlarin arasından sıyrılaraq,
gəlinə yaxınlaşır və eyni sualı
ona da verir. “Dünyanın ən
gözəl şeyi məhəbbətdir”, –
cavabını alır. O, yenə yoluna
davam edir. Bu dəfə
müharibədən qayıdan yorğun
bir əsgərlə qarşılaşır. Həmin
sualın cavabını ondan da
istəyir. Əsgər: “Dünyanın ən
gözəl şeyi sülhdür”, – deyir.
Aldığı cavabları kifayət hesab
edən rəssam evinə qayıdır. Yol
boyu səyahətdə şahidi
olduqlarını götür-qoy etməyə
başlayır. Eyni suala verilən üç
fərqli cavabı əsərində
birləşdirmək üçün yollar
axtarır. Artıq evinə çatır.
Qapıdan içəri girdikdə
dünyanın ən gözəl mənzərəsi
ilə qarşılaşır. Övladlarının
baxışlarında imanı, həyat
yoldaşının gözlərində
məhəbbəti, evində isə sülhü
görür. Bu, rəssamın axtardığı
idi. O, arzuladığı əsəri çəkməyə
başlayır. Çox keçmədən
dünyanın ən gözəl rəsm əsəri
hazır olur. Rəssam ona ad da
verir: “ Sevgi Ailəm”
Ailənizdən sevgi əksik olmasin.....

[cavab]

pol BENI_SEVME 15 Mart 2013 / 16:16
Boss555, Cox gozeldi twk.sizdinde hemcinin

[cavab]

pol Seva_ViP 15 Mart 2013 / 16:37
cox gozeldi twk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1416 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az