+Bəs doğru alış verişin sirrləri hansılardır?+

pol Nurlanichka 14 Mart 2013 / 17:39
Biz qadınları ən çox sakitləşdirən şeylərdən biri və deyərdim ən başlıcası alış-verişdir. Lakin çoxumuz alış-veriş zamanı yalnışlara yol veririk. Hərdən mən də qarderobumda mənə lazım olmayan amma pul xərclədiyim paltarlara rast gəlirəm. Bəs doğru alış verişin sirrləri hansılardır?1. Daha düzgün qərarlar vermək üçün alış – veriş üçün ayrıca zaman ayırmaq və təkbaşına alış-veriş etmək lazımdır. Gündüz mağazalarda alıcılar daha az olur.

2. Qapını açıb çıxmamışdan öncə qarderobunuza göz atın; nəyə ehtiyacınız olduğunu və nəyi dəyişdirməniz gərəkdiyini müəyyənləşdirin

3. Daha yaxşı olar ki, alış verişdən öncə siyahı tutasınız. Hafisəmiz və nəfsimiz bizi aldada bilər

4. Jurnallarda bəyəndiklərinizi kəsin və bir yerlərdə saxlayın. Beləliklə, həm moda zövqünüz inkişaf etmiş olar, həm də ki alış-veriş edərkən sizi yönləndirmiş olar.

5. Üç tərəfi güzgü olan kabinlərdə (geyim dəyişmə otaqları) geydiyimiz paltarların daha yaxşı görünməsinə şərait yaradır. Geydiyiniz üzərinizdə yaxşı görünmürsə vaxt itirməyə dəyməz. Bəyənmədiyiniz halda o paltara uzun uzadı baxmağınız sizi motivasiyadan düşməyinizə səbəb ola bilər

6. Alış-verişdən evə qayıtdıqdan sonra aldıqlarınızın qiymət kağızlarını və çeklərini atmağa tələsməyin. Özünüzə 24 saat vaxt verin. Səhəri gün aldıqlarınıza baxdığınız zaman eyni həyəcanı keçirməyib dəyişmək istəyə bilərsiniz.

7. Kiçik butiklərdə satıcılardan endirib tələb etməyi unutmayın (xüsusilə bir neçə şey aldığınız zaman bu yöntəm işə yaraya bilər)

8. Mağazalarda olan endirimləri izləyin.

9. Seçdiyiniz geyim qardirobunuzdakı başqa geyimlərlə uyğunlaşdırılıb geyinilə bilinirsə almaq üçün tərəddüd etməyin.

10. Keyfiyyətinə mütləq diqqət yetirin.

11. Eyni paltarı həm yanvar həm də ki apreldə geyinmək mümkün. Ətəyi həm bot və qalın sviterlə həm də sandalla geyinə bilirsinizsə bu yaxşı “investisiya” deməkdir.

12. Bir sezonluq önə çıxan geyimlərin bir neçə ay sonra demoda olacağını unutmayın. Buna görə də belə geyimləri almamışdan öncə düşünün.

13. Köhnə geyimlərinizi atmamışdan öncə onlara yeni həyat vermək haqqında düşünün. Məsələn: cins şalvarlarınızın diz hissələrini; uzun donları və ətəkləri kəsməklə.

Uğurlu alış – verişlər

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2086 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az