+ABŞ səfiri 10 mart aksiyasından danışdı+
Nurlanichka
14 Mart 2013 / 17:14
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar martın 10-da Fəvvarələr meydanında keçirilən “Əsgər ölümlərinə son” aksiyasına münasibət bildirib. Bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində məlumat yerləşdirilib:
“10 mart tarixində Bakıda Fəvvarələr Meydanında keçirilmiş ictimai nümayişlərdən bir neçə gün əvvəl 3 gənc fəalın hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən həbs edilməsi barədə mətbuat xəbərləri ilə tanış oldum. Hüquq-mühafizə orqanları nümayəndələri qəbul edilmiş beynəlxalq standartlara zidd olaraq bu fəallardan üçünün törətməkdə ittiham olunduqları cinayətləri etiraf etmək üçün televiziya ilə açıqlamalarını yayımladılar. Bu hadisələrdən başqa polis dinc nümayiş iştirakçılarını dağıtmaq üçün su şırnağından və rezin güllələrdən istifadə etmişdi. Sonra nümayişçilərin bir qismi polis tərəfindən saxlanılmışdı. Mən Azərbaycanın dostuyam və ölkənin 1991-ci ildə öz müstəqilliyini yenidən əldə etdikdən bəri qazandığı nailiyyətlərə heyranlıqla yanaşıram. Mən əminəm ki, hökumət dinc nümayişçilərin hüquqlarına hörmət etsə, qanunun aliliyini təşviq etsə və qanuni ictimai narahatlıqları həll etmək üçün vətəndaşlarla konstruktiv dialoq qurarsa, Azərbaycan özünün böyük demokratik və iqtisadi potensialını gerçəkləşdirə bilər”
[cavab]
muamar
14 Mart 2013 / 17:15
əslində biz özümüzü düşməndən yox öz millətimizdən qorumalıyığ məncə
[cavab]
Boss555
14 Mart 2013 / 17:16
melumata gore twk
[cavab]
Repery
14 Mart 2013 / 17:17
twkrler xeber 3un...
[cavab]
@zerbaycan
14 Mart 2013 / 17:18
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Tam duz deyib..
Te$ekkurler..Nurlanichka
red. @zerbaycan (14.03 /17:19)
[cavab]
_AGUERO_
14 Mart 2013 / 17:23
Bu millet hemiwe bele olub vecnide bele olacag....twk melumatcun
[cavab]
Bölmeye qayıt