HEKAYE: Deniz & Sahil
Cavid2109
12 Mart 2013 / 19:52
Bir varmış , bir yoxmuş.
Çox illər öncəsi məsum və gözəl,
masmavi bir dəniz varmış.
O, çox böyük , qüvvətli və
cazibədarmış.
Ondan bir az kənarda sapsarı ,
qumlu sahil varmış.
O, çox sakit, hisslərini heç cür bəlli
etməzmiş.
Bir gün dəniz sahilə vurulur.
Hər gün ona öz sevgisini etiraf
edir.
Dalğaları ilə hər gün ona nəğmələr
qoşur,ona sığal çəkir.
Və bu sevgi etirafı bir neçə il
davam edir.
Və nəhayət dəniz öz sevgisinin
cavabsız qaldığından qəzəblənir.
Görür ki, sahilə insanlar yaxınlaşır
və onlar bununla qalmırlar, hətta
orada evlər belə
tikib sahilə ondan çox
yaxınlaşırlar.Qəzəbli dalğalarıyla
evləri öz
suyu ilə toz edir.
Sonra onun sahilə olan sevgisi
böyüdükcə böyüyür və qısqanclıq
baş
verir.
Hər sahildə gəzən insanları öz
gözəllikləri ilə heyran edib , özünə
doğru çəkir.
Və sonra dalğaları ilə öz içinə alıb,
orada məhbus edir.
Dənizin qəzəbi, qısqanclığı günü
gündən böyüyür və sonu gəlmir.
Hər yay dəniz, sahilə toxunan
minlərlə adamı özünə rəqib
bəlləyib
öz dalğaları ilə
onu sahildən sonsuza qədər
uzaqlaşdırır.Amma hələdə sahil
bütün
bunlara susur,bir şey demir...
Dəniz bir şeyi unudub axı, sahil
kor və
kardır.
O , ona olan sevgisini nə görə
bilər,nə eşidə bilər...
Bunları dəniz öyrənənə qədər
qısqanclıqdan çox canları sonsuza
qədər özünə qərq edəcək...
Dəniz artıq o illər öncəsi kimi
məsum deyil.
O, indi qəddar qəlbli, məsumluq
maskası salmış , analar lənəti ilə
boyanmış bir su
toplusudur.Sahil artıq görsədə,
eşitsədə bu
sevgini istəməz.O qəddarlıq
bürümüş bir sevgini qəbul etməz..
[cavab]
@zerbaycan
12 Mart 2013 / 19:53
-di
[cavab]
Cavid2109
12 Mart 2013 / 19:55
@zerbaycan, sen superden bawqa soz bilmirsen? :D
[cavab]
Kamran7
12 Mart 2013 / 19:56
Qewey
[cavab]
Kamran7
12 Mart 2013 / 19:56
Cavid2109,
[cavab]
@zerbaycan
12 Mart 2013 / 19:57
Cavid2109, Ne yazim yaxwi bir de movzu yaz gor ne yaziram :D
[cavab]
@zerbaycan
12 Mart 2013 / 19:59
Bele............
red. @zerbaycan (12.03 /20:03)
[cavab]
Cavid2109
12 Mart 2013 / 20:01
@zerbaycan, anlamadim
[cavab]
@zerbaycan
12 Mart 2013 / 20:02
Cavid2109, Deyirsenki super -den bawqa soz bilmirsen? Bu da cavab .
[cavab]
Vasif
12 Mart 2013 / 21:07
[cavab]
Bölmeye qayıt
0.2121 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az