Bu gün Yel çərşənbəsidir

pol FoReVeR-GS 12 Mart 2013 / 13:48
Novruz bayramının üçüncü və bu
mərasimlərin içərisində mühüm
əhəmiyyət kəsb edən
çərşənbələrində n biri də Yel
çərşənbəsi adlanır.
El arasında qədim zamanlarda bu
çərşənbə “Yelli çərşənbə”, “Külək
oyadan çərşənbə” və “Heydər”
çərşənbəsi kimi də adlanır. Müasir
zamanımızda isə Yel çərşənbəsi
xalqın arasında Külək çərşənbəsi
kimi də çağrılır.
Üçüncü çərşənbə sayılan yel
digərlərindən insanlrın
fəaliyyətlərinə və adət -
ənənələrində əks olunan
fərqliliklərə görə seçilir. Məhz bu
çərşənbə günü bütün evlərdə
təmizlik işlərinə başlanılır. Xüsusən
qadınlarımız, qızlarımız evdə tam
mənada təmizliyə riayət etməyə
başlayırlar. Hər bir xanım evindəki
yorğan, döşəyi havaya atır və
onun təzə gələn bahar nəfəsilə
yenilənməsini, çıxan günəşin təsiri
altında daha da təmizlənməsini
istəyirlər. Həmçinin evlərdə hər
tərəf silinib, təmizlənir, palazlar,
xalçalar çırpılır, şüşələr, pəncərələr
silinməyə başlanılır.
Evlərdə yenə də bütün
çərşənbələrdə olduğu kimi
qazanlar qaynamalıdır. Hamı
evində olmalı və birlikdə süfrə
başına yığışmalıdırlar . Stolun
üzərində şirniyyatların olması
bütün ilin şirin keçməsinin əsas
göstəricisi hesab olunur. Məhz bu
səbəbdən insanlar hər çəşənbə
süfrədə şirin məmulatların
qoyulması üçün cəhd göstərirlər.
Çerşenbeniz mübarek!
(qeyd: alintidir! bunlari ozum yazmamisam.)
red. FoReVeR-GS (12.03 /13:51)

[cavab]

pol Neftcala 12 Mart 2013 / 13:49
bayramin mubarek

[cavab]

pol _AGUERO_ 12 Mart 2013 / 13:59
Twk ataw seynen bahem

[cavab]

pol Dj_kamo 12 Mart 2013 / 17:00
BAYRAMINIZ MUBAREK

[cavab]

pol nikow 12 Mart 2013 / 17:47
batraminiz mubuw

[cavab]

pol Ayan01 12 Mart 2013 / 17:47
Haminin bayramini tebrik edirem

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2372 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az