HEKAYE: KOR
Cavid2109
12 Mart 2013 / 05:59
Xəstəxanada eyni palatada iki ağır
xəstə yatırdı. Bunların birinin
çarpayısı pəncərənin önündə,
digəri isə qapının yanında idi.
Qapının yanında yatan, bir gün
pəncərənin önündə yatandan,
çöldə nə gördüyünü soruşur.
İkinci xəstə, sanki canlanır:
-Ooooo! – həvəslə ikinci xəstə
səsləndi. – Mən heyvanlara,
müxtəlif əşyalara bənzər buludlar
görürəm səmada, çay görürəm,
meşəlik görürəm.
Hər gün pəncərə önündə yatan
xəstə digərinə pəncərədən çöldə
nə baş verdiyini danışırdı. O, çayda
balıq tutanlardan, əl-ələ tutub
gəzən sevgililərdən, oynayan
uşaqlardan danışırdı.
Qapının yanında yatan xəstə
bütün bu nağıl kimi gözəlliklərə
qulaq asır və öz özlüyündə
fikirləşirdi: “Bu haqsızlıqdır. Niyə
onu pəncərə qarşısında
yatızdırırlar, məni isə bu cansıxıcı
qapıya baxmağa vadar edirlər?!”
Günlərin bir günü, pəncərə
önüdnə yatan xəstə, öskürməyə,
boğulmağa başladı. Hər iki
çarpayının başında, tibb bacılarını
çağırmaq üçün zəng düyməsi var
idi. Nə qədər etdisə, əlini zəngə
uzada bilmədi. Qapının yanında
yatan isə bu hadisəyə baxaraq, öz
çarpayısının başındakı zəng
düyməsinə əl belə uzatmadı.
Pəncərə qarşısında yatan xəstə,
boğazını tutub, boğuldu və öldü.
Rəhmətə gedənin palatadan
çıxardanda, qapı qarşısında yatan
xəstə tibb bacısından xahiş etdi ki,
onun yerini pəncərə qarşısına
keçirsinlər. Bu onun çoxdankı
arzusu idi, elə bu səbəbdən o
palata yoldaşı boğularkən çağırış
düyməsini basmamışdı, köməyə
heç kimi çağırmamışdı.
Ancaq… yerini pəncərə qarşısına
keçirəndən sonra, o çölə boylandı.
Hələ otaqdan çıxmayan tibb
bacısına çox titrək səs ilə dedi.
- Axı bu necə ola bilər. Burada
yatan, ölməmişdən qabaq mənə
hər gün çöldə çay, meşəlik,
buludlar gördüyünü deyirdi. Mən
isə indi baxıram ki, pəncərədən
baxanda xəstəxananın solğun
divarlarından başqa heç nə
görünmür! Bu necə ola bilər?
Tibb bacısı başını bulayaraq:
- Sizin palata yoldaşınız heç nə
görə bilməzdi. O kor idi!
[cavab]
Kamran7
12 Mart 2013 / 06:07
Nc nc nc insaliq yoxmuwki onda
[cavab]
Cavid2109
12 Mart 2013 / 06:11
ZEMANE DEYIWIB BRAAT :(
[cavab]
@zerbaycan
12 Mart 2013 / 06:13
Insanliq olub.....Indiki zamanda AnAdAn basqasi yalandi..... Ve Hec Kime Inam Yoxdu....
[cavab]
Kamran7
12 Mart 2013 / 06:19
@zerbaycan, he brat eledi,duz deyirsen
[cavab]
Vasif
12 Mart 2013 / 11:40
@zerbaycan, düz deyirsen
[cavab]
odinocka
12 Mart 2013 / 12:34
Ay Allah necə insanlar var.
[cavab]
Bölmeye qayıt
0.1466 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az