+Çay dəmləmənin qızıl qaydaları+
Nurlanichka
8 Mart 2013 / 00:20
Gündəlik həyatın sıx tempindən və stressindən təmizlənmək üçün içdiyimiz bir stəkan çay imtina edilməzlərin arasındadırsa bilməniz lazım olan bəzi qaydalar var!
Çay dəmləyərkən təzə və soyuq su istifadə edin. Soyumuş suyu əsla yenidən qaynatmamaq lazımdır.
Daha yaxşı dəmləmək üçün dəmliyi isidin.
Çayın ölçüsünə diqqət yetirin; çox çay qoysanız dəmləyərkən acı olar.
Su qaynadığı anda, suyu dəmliyə əlavə edin. Su on saniyədən çox qaynayıb pıqqıldamamalıdır yoxsa gərəyindən çox oksigen itirər.
Çay dəmləmənin qızıl qaydaları
Bütün ləzzətin üzə çıxa bilməsi üçün 3-5 dəqiqə dəmləyin.
Əgər çayınızı süd ilə içmək istəyirsinizsə, daha yaxşı qarışması üçün fincana əvvəl südü qoyun.
Çayı quru, hava almaz bir qabda, rütubət və buğlaşma təhlükəsi olmayan bir yerdə saxlayın. Ədviyyatlardan və iti qoxulu yeməklərdən uzaq tutun çünki çay tez xarab ola bilər.
Dəmliyin, çaydanın və çay stəkanlarının metal olmamaları və yuyucularla yuyunmamaları lazımdır. Metal çaydanda dəmlənən çayda metal dadı olar.
Yaşıl çay, altlığı olmayan fincanla, qara çay isə altlıqlı fincanla təqdim edilir.
Əlavələriniz vəya məsləhətləriniz varsa buyrun))
red. Nurlanichka (08.03 /00:21)
[cavab]
Rihanna
8 Mart 2013 / 00:25
Cay sevenlere meslehetim jasmin cay alin demliyin icin onnan sonra cayi daha cox seeveceysiz)) men elede cay icen deyilem amma jasmin deleyennen sonra 2 stakan icirem)) hem xeyirlidi hemde lezzetli qara cay ziyandi
[cavab]
Esger_Balan
8 Mart 2013 / 00:27
ayda ilde bidefe cay icirem twk
[cavab]
@zerbaycan
8 Mart 2013 / 00:31
Movzuya gore twk
[cavab]
ozdunyamiz
8 Mart 2013 / 00:31
Çay çay çay) cooox sagol) suppadi
[cavab]
Kamran7
8 Mart 2013 / 00:39
armudu stekanda cay super cox sagol
[cavab]
*medine*
8 Mart 2013 / 00:40
Biz kq la cay aliriq bir lezetdidi adama lezet eliyir icende gozel dadi var
[cavab]
YeK*FeRmeR
8 Mart 2013 / 00:42
Hmmmm cay gunde 1 stekan icirem. Yawil caydan zehlem gedir :(
[cavab]
Alik77
8 Mart 2013 / 01:59
Güne 10-15 stakan çay içirem
[cavab]
EMIN98
8 Mart 2013 / 02:03
cox icmirem. Tund cay xowlayiram. movzu ucun twk maraqlidi
[cavab]
Bölmeye qayıt