Maraqli ehvalat

pol Magner 5 Mart 2013 / 02:36
Bir adam Vaşinqton metrolarının birində
yerdə əyləşir və skripkasıyla ifaya başlayır;
soyuq bir yanvar səhəridir. 45 dəqiqə boyuca
6 Sebastyan Bax əsəri çalır. Çox insanın işə
tələsdiyi bu müddətdə 1100 nəfərin ordan
keçdiyi hesablanır.
Üç dəqiqə sonra orta yaşlı bir kişi musiqinin
səsinə dayanır, qulaq asmağa başlayır, dəqiqə
keçmədən yenə öz işinə yollanır.
Bir dəqiqə sonra skripkaçı ilk bir dollarlıq
bəxşişini alir; bir qadın pulu skripkanın
qarşısından keçərkən atır və heç dayanmadan
yoluna davam edir.
Bir neçə dəqiqə sonra başqası divara söykənir
və azacıq qulaq asdıqdan sonra işinə gecikir.
Ən çox diqqət cəlb edən isə 3 yaşlı uşaq olur.
Anası tələm tələsik öz işinə qaçmasına
baxmayaraq uşaq anasını getməməsi üçün
çəkir. Sonda ana möhkəmcə uşaqdan
yapışaraq yola davam edir, uşağın gözü isə
skripkada qalır, eyni hadisə digər etinasız
valideynlər tərəfindən də təkrarlanır.
45 dəqiqəlik skripka ifası zamanı yalnız 6
adam dayanıb əsərləri dinləyir. Yalnlz 29 nəfər
pul verib öz yoluna davam edir və skripkaçı 32
dollar toplayır. Skripkaçının ifası bitdikdən
sonra səssizlik hökm sürür, heç kim onu
tanımır və heç kim alqışlamır.
Bəli, heç kim dünyanın ən möhtəşəm
bəstələrini 3.5 milyon dollar dəyərində
skripkayla çalan bu insanın dünyanin ən
tanınmış musiqiçilərində n Joshua Bell
olduğunun fərqinə varmır.
Bu hadisədən iki gün əvvəl isə biletlərinin
qiyməti 100 dollar olan konsertinə yerlər 1
gündə tükənmişdi və 115 min dollar
qazanmışdı.
Bu gerçək bir hekayədir və Joshua Bell’in bu
şəkildə metroda skripka çalması, Washington
Post qəzeti tərəfındən anlama, həzzalma və
öncəliklər üzərinə aparılan bir ictimai təcrübə
üçün qurulmuşdu.Sorğ ulanan şeylər; sıradan
bir yerdə, uyğunsuz bir saatda gözəlliyi dərk
edə bilirikmi? Dayanıb ondan həzz alırıqmı?
Gözləmədiyimiz bir şəraitdə bir istedadı tanıya
bilirikmi? idi…Bu təcrübadən çıxarılacaq hissə
isə, dünyanın ən yaxşı musiqiçisi, dünyadakı
ən yaxşı musiqisni çalarkən, qarşısında durub,
dinləyəcək bir dəqiqəmiz belə yoxdursa,
başqa nələri qaçırırıq görəsən?..

[cavab]

pol @zerbaycan 5 Mart 2013 / 02:40
Maraqli idi

[cavab]

pol Ceyla 5 Mart 2013 / 02:55
Super idi, heqiqeten de beledi

[cavab]

pol Ayan01 5 Mart 2013 / 03:02
Maraqlidir

[cavab]

pol Rihanna 5 Mart 2013 / 05:42
Yaxwi

[cavab]

pol EMIN98 5 Mart 2013 / 13:25
super hekayedi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1395 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az