ölüm (әcәl zәngi)
Memo
4 Mart 2013 / 19:16
Ölüm.. Hər bir şeyin süquta
uğrayacağı bir proses,
fanilikdən əbədiliyə
qovuşmanın başlanğıç
nöqtəsi. O nöqtə ki, hər bir
canlının taleyinə yazılan və
pozulması qeyri-mümkün olan
bir nöqtə. Yaradılmışların hər
biri elə yarandığı dövrdən
etibarən ona doğru gedir,
yolun o biri tərəfində ölüm
gözləyir hər kəsi. Ondan
qurtulmaq mümkün olmadığı
kimi, onun haqqında
düşünməmək belə mümkün
deyildir. Elə bir canlı, hər
hansı bir fərd tapa bilməzsən
ki, ölümün varlığını bilə-bilə
onun haqqında bir anlıq belə
fikirləşməsin, düşünməsin
“ölüm” adlı bir sonluğun
mövcudluğunu.
Axı necə, necə ola bilir ki,
insan oğlu bu qara qüvvənin
varlığını dərk edə-edə ona
biganə qalır, onu bir ömür
boyu iztiraba döndərib özünə
əzab vermir, istər az, istər
çox, istər kədərli, istər
sevincli yaşamaq istəyir,
ancaq yaşamaq. Əcəl qapımızı
döydüyü zaman insan üçün bir
saniyə belə yüz illər qədər
qiymətli və heç bir ölçüyə
gəlməyəcək qədər şirin və
əlçatmazdır. Nədəndir bu
təzadın sirri görəsən,
nədəndir ölümün bizə hər an,
hər saniyə yaxınlaşdığını
duya-duya, yaşamaq,
yaratmaq, bir sözlə bizə
verilən bu ömür payının heç
bitməsini istəməyərək
yaşamaq marağı, yaşamaq
arzusu?
Bir dəfə gəlir dünyaya insan
və bu gün bir daha heç bir
zaman təkrarlanmayacaq.
Əvəzedilməzdir bu gün. Ondan
başqa hər şey təkrarlanacaq.
Ad günləri, bayramlar,
işləmək, xülasə, eyni sevinc,
eyni kədərlər. Ancaq bir şey
təkrarlanmayacaq, yalnız bir
şey… doğum günü. Bu gün
həyat yolunda bizə verilən ən
böyük, ən şirin ərmağandır.
Acısı, qəmi olmağına rəğmən,
kim doyub ki ondan. Bu
gözəllikdən danışılan zaman
bir məfhumun xəyala
gətirilib, göz önündə azacıq
canlanması belə yaradılışın
qəlbini titrədir, onun cismini
qan-tərə qərq edir,
həyəcanlandırır.
Bu məfhum ölümdür. Ölümdən
öncə əcəl döyür qapımızı, əcəl
zənginin sədası gəlir
qulaqlarımıza. O, bizlərdən,
özümüzdən asılı olmayaraq,
elə zamanda yaxamızdan tuta
bilər ki, nə bilim, ən sevimli
çağımızda sevincimizi
burnumuzdan gətirər, bizi
bədbəxtliyə düçar edə bilər.
Ruhumuzun dərinliklərinə
işləyib ümidimizi sındıra bilər.
Əcəl, qaçılması mümkün
olmayan yeganə məfhum.
İstər şərqdə ol, istər qərbdə,
istər yerdə ol, istər marsda,
haqlayacaq o səni, mütləq
haqlayacaq və haqladığı
zaman sənin yaşamına son
qoyacaq, bu son sənin ölümün
olacaq. O ölüm ki, sən onu
fikirləşirdin, qorxurdun
ondan.
Ancaq haqladı səni, yaxaladı.
Sənə verilən ömür payı qırıldı.
Bu günün sabahı gəlməyəcək,
kölgən belə səni izləməyəcək
bir daha, sənə hamıdan daha
yaxın olan, sənin yaşama
mexanizmin olan ürək belə
səndən əl çəkəcək,
döyməyəcək bir daha və sən
olmamış kimi olacaqsan. Bunu
da dərd etməyə dəyməz ki, bu
yoxluq sənə acı verməyəcək.
Çünki sən bir heç olacaqsan,
yer üzündə ən xırda
molekullar, ionlar olacaq,
ancaq bir sən, yalnız sən
olmayacaqsan. Bax budur
ölüm, bax budur əcəl!
Elə budur insanı yandıran,
qəmləndirən. Bunu öz-özündə
həzm edə bilmir insan,
danışmaq istəmir bu barədə.
Nədənsə paxıllığı tutur
yaradılışın bu cür məhv
olmasına. Düşünündə ki,
ölümündən, bəli,məhz sənin
ölümündən sonra həyat davam
edəcək, günəş hər səhər yer
üzünü salamlayacaq, ulduzlar
parlaqlığı ilə sayrışacaq,
dənizlərdə dalğalar coşub-
çağlayacaq, quşlar ötəcək, bir
sözlə təbiət öz əlvanlığı ilə
insanları, ümumiyyətlə bütün
canlıları məftun edəcək, necə
qısqanmayasan bu gözəlliyi?
Bax budur insanın acizliyini
göstərən! Bunun sübutu isə
ölümdür.
Ancaq yenə təkrar edirəm,
ölümün var olmasını anlaya-
anlaya yaşamaq istəyirik və
yaşaya-yaşaya da hər an ona
doğru getdiyimizi anlayırıq.
Belə isə sual doğur. Nədən
yaşayırıq? Nədən bu həqiqəti
dərk edə-edə yaşamaq
istəyirik? Çünki yaşamaq
arzusu, ölümə olan nifrət
nisbətində daha böyükdür,
daha qüvvətlidir. Belə isə
yaşasın yaşamaq arzusu ilə
yaşayanların varlığı
[cavab]
Ferma55
4 Mart 2013 / 19:43
Suupeeer
[cavab]
_Bozkurt_
4 Mart 2013 / 19:57
booo baw agri derman verin mene
[cavab]
Ayan01
4 Mart 2013 / 20:01
Oxumusam bunu
[cavab]
Memo
5 Mart 2013 / 00:03
_Bozkurt_, aptekdә var .
[cavab]
Bölmeye qayıt
0.1613 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az