'ALLAH BAGIWLAYAR' Deyib rahatlawmayin!

pol BLACK_ANGEL 4 Mart 2013 / 14:57
Axiradek oxumusunuzsa werh yazin!
İnsanların çoxu Allahın
varlığını bilir və qəbul
edirlər, amma Onun qüdrətini
lazımi kimi təqdir etmirlər.
Yanıldıqları mövzu Allahın
varlığı deyil, Allahın
sifətləridir. Məsələn, Allahın
qullarına qarşı çox lütfkar,
bağışlayıcı və mərhəmətli
olduğunu düşünsələr də,
inkarçılardan intiqam alan,
onlara ...əzab edən sifətlərini
düşünmürlər.Allahı lazımi
kimi təqdir edə bilməyən bu
insanların ya Allah qorxusu
yoxdur, ya da çox
məhduddur. Bu da insanın
axirəti baxımından çox
təhlükəli bir vəziyyətdir.
Çünki Allah qorxusu olmayan,
etdiklərinin qarşılığında cəza
görəcəyinə inanmayan bir
insan hər cür pisliyi, zülmü
rahatlıqla edə bilər. Allahın
qadağan və haram etdiyi hər
cür günahı işləyib, sonra da
"Allah bağışlayar" kimi
reallıqdan uzaq düşüncəyə
qapıla bilər. Buna görə
şeytan insanlara həmişə bu
istiqamətdən yaxınlaşır və
insanların özlərini "yəqin ki
bağışlanılaram" düşüncəsi ilə
aldatmalarına səbəb
olur.Diqqət yetirilsə din
əxlaqından uzaq
cəmiyyətlərdə insanlar
həmişə bu yanlış
dünyagörüşlə hərəkət edir
və davamlı Allahın əmr və
qadağalarını pozurlar.
Namazlarını qılmayanlar,
oruc tutmayanlar, ehtiyac
içində olan insanları
qorumayanlar, xəsislik
edərək mallarından zəkat
verməyənlər, öz mənfəətləri
üçün insanlara zülm edənlər,
adam öldürənlər, oğurluq
edənlər, başqalarının malını
haqsızlıqla yeyənlər, yer
üzündə fitnə-fəsad
çıxaranlar, insanları
əxlaqsızlığa sürükləyənlər
həmişə "Allah bağışlayar"
düşüncəsi ilə hərəkət edirlər.
Halbuki bu düşüncəyə sahib
olan insanlar böyük bir
yanlışlıq içindədirlər. Çünki
Allah tövbələri qəbul edən və
bağışlayıcı olandır, ancaq
eyni zamanda da sonsuz
ədaləti ilə hər hərəkətin
əvəzini əksiksiz olaraq
verəndir. Əlbəttə yaxşılıq
edənlərlə pislik edənlər bir
tutulmayacaq, dünyada da,
hesab günündə də hər kəs
layiq olduğuna qarşılıq
görəcək. Bu həqiqət Quranda
belə bildirilir:Yoxsa günah
qazananlar onları həyatda
olduğu kimi, ölümlərindən
sonra da iman gətirib yaxşı
işlər görənlərlə eyni
tutacağımızı güman edirlər?
Nə pis mühakimə yürüdürlər!
Allah göyləri və yeri ədalətlə
yaratmışdır ki, hər kəs
qazandığının əvəzini alsın.
Belə ki, onlara heç bir
haqsızlıq edilməyəcəkdir.
(Casiyə Surəsi, 21-22)
Allahın dərgahına
qaytarılacağınız gündən
qorxun! Sonra hər kəsə
qazandığının əvəzi büsbütün
veriləcək və onlara zülm
olunmayacaqdır. (Bəqərə
Surəsi, 281)

[cavab]

pol @zerbaycan 4 Mart 2013 / 15:01
Movzuya gore TWK TWK TWK

[cavab]

pol @zerbaycan 4 Mart 2013 / 15:02
Axra kimi oxudum :)

[cavab]

pol OnLy_NiCk 4 Mart 2013 / 16:21
Tesekkur movzuya gore

[cavab]

pol Heyat2miz3un 4 Mart 2013 / 16:25
Axira qeder oxuya bilmedim bawim agridi

[cavab]

pol emsalyan 4 Mart 2013 / 16:29
twk cox gozel ve ibret goturmeli movzudur. yazan eller, goren gozler, oxuyan insalar var olsun. Amin!
Weytanin pis niyetine aldananaraq ozumuzu aldatmayaq

[cavab]

pol BLACK_ANGEL 4 Mart 2013 / 16:37
emsalyan, cox sag ol.

[cavab]

pol Ceyla 4 Mart 2013 / 17:04
Cox sag olun minnetdaram

[cavab]

pol nicat@ru 4 Mart 2013 / 17:09
Tesekurler.

[cavab]

pol odinocka 4 Mart 2013 / 17:42
təşəkkür .

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1474 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az