Wehid Anasi

pol Magner 2 Mart 2013 / 16:46
Adım anonim qalsın, mən bir azərbaycanlı
qadınam. Anayam. Bu gün oturub oğlumun
körpəliyini xatırlayırdım, şəkillərinə baxırdım.
İlk dəfə onu əlimə alan günü, bağrıma
basddığım dəqiqəni, xırda, nazik tüklərini
sığalladığım anı xatırladım. Şaftalının
tükcükləri kimi idi... Onu 40 həftə daşımaq çox
çətin oldu, ana olmayan kəs bunu anlamaz.
Böyütmək isə lap çətin oldu. Hər gecə
yuxusuz, hər gecə onun narahatlığını, təzə
çıxan dişlərinin ağrısını ovutmaq. Özüm
yeməyib, onu yedirtdim, özümə almayıb ona
aldım, axı o, məni balaca balam idi... gəzməyə
başlamasına nə qədər sevinirdim, düzü,
qucağımdan düşmək istəməməsini də
anlayıram, kim belə rahatlıqdan məhrum
olmaq istəyər ki?
Süd və sıyıqdan adi qidaya keçmək
istəməmsini də... çeynəməyin dərdindən...
mənim tənbəl balam, balaca balam... məktəbə
getdi, hər gününün dərdini onunla yaşadım. 5
aldı, 2 aldı, sinif yoldaşı ilə dava elədi, sonra
sinfindəki qızı incidən oğlanla dava elədi. Çox
qürur duyurdum onunla, mənim ağıllı balam,
balaca balam... onu qorudum, böyütdüm, vaxt
necə gəldi, necə keçdi, bilmədim... bir də
baxdım ki, ali məktəbini bitirib, əsgərliyə
gedir. Evimizi də satmağa razı idim ki, onu
orduya göndərməyək, lakin oğlum özü
getmək istədi, mən qorxmuram dedi, vətənə
xidmət etmək istəyirəm dedi... mənim cəsur
balam, balaca balam... vətənpərvər, həyat
sevincli, həyatdolu balam...
Bu gün sanki bir ömür keçib gözlərimin
önündən, balama həsr etdiyim ömrüm. Ona
baxıram, saçlarını sığallayıram, balam
tərpənmir...gözləri də bağlıdır. Mənim
rəhmətlik balam, canını bu vətəninə tapşırmış
balam. Rəhmətlikdir, mütləq! Çünki, o, özünü
öldürməyib.
Ağlasam da, ürəyimdəki bütün hisslərimi, bu
dərin kədərimi, ağrı-acını ifadə etməz.
Anlamağa çətinlik çəkirəm... bu qədər əziyyətlə
başa gəlmiş gənc bir ömür başına bir güllə ilə
necə sona yetə bilər? Mənim balaca uşağım...
Allah heç kəsə övlad dəfni qismət etməsin!
Bütün ölən əsgərlərimizə və onların analarına.

[cavab]

pol Ayan01 2 Mart 2013 / 17:06
ALAH REHMET ETSIN BUTUN SEHIDLER

[cavab]

pol MiSTeR_X 2 Mart 2013 / 17:53
ALLAH BUTUN WEHIDLERE REHMET ETSIN

[cavab]

pol Sehla 2 Mart 2013 / 17:56
Allah rehmet etsin

[cavab]

pol ROM@NTIK_AWK 2 Mart 2013 / 17:56
ALLAH BUTUN WEHIDLERE REHMET ETSIN RUHLARI WAD OLSUN

[cavab]

pol Fermer-dayi 2 Mart 2013 / 18:00
Men bu cur acini hec kese dilemirem

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.247 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az