Bu gece......

pol _FERMER_ 1 Mart 2013 / 16:23
Gedirəm, gözlərimi bağla mənimçün
bu gecə
Yoxdu bir ağlayanım, ağla mənimçün
bu gecə.

Soyuğam, öpmə üzümdən dodağın
xəstələnər,
Gəl dəyiş yorğanı torpaqla mənimçün
bu gecə.

...
Əcəl almış məni ağuşuna, yox fərqi
daha,
Qoca dünyanın oyuncaqla mənimçün
bu gecə.

Qəmi təklikdə yedin hər gecə məndən
gizlin,
Doymusansa, azacıq saxla mənimçün
bu gecə.

Ağlayıb yolma saçın, yox, eləcə yas
saxla
Səs-səmirsiz dəli olmaqla mənimçün
bu gecə.

Artiq ömrüm bitir, bir də uzat
əllərini
Son dəfə gözlərimi bağla mənimçün
bu gecə....

[cavab]

pol huseyn25 1 Mart 2013 / 16:51
superrrrrr.ellerine sagliq

[cavab]

pol EMIN98 1 Mart 2013 / 17:11
Ela....

[cavab]

pol hum@y 1 Mart 2013 / 17:25
ela..

[cavab]

pol *_Leo_* 1 Mart 2013 / 17:39
Yaxwidi brat

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2302 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az