Hekaye - 4 (QEBRDE_TEK)
QEBRDE_TEK
27 Fev 2013 / 12:32
Bir zamanlar uzaqlarda
bir ölkədə çox yaraşıqlı
bir şahzadə yaşayarmış.
Ancaq şahzadə daha
kiçikkən ölkədəki pis
ürəkli cadugərin lənətinə
uğramış və üzərindəki
bu lənət üzündən hər il
yalnız 1 söz danışa
bilirmiş. Məsələn
şahzadə 2 söz
söyləyəcəyi zaman bir il
boyunca susur, beləcə
ertəsi il 2 söz ifadəyə
haqqı olurmuş.
Bir gün bu yaraşıqlı
amma talehsiz şahzadə
dərə kənarında
oturarkən, baxmış ki
qarşıda kiçik bir daxma,
daxmanın bağçasında
möhtəşəm bir qız...
Saçları altından daha
sarı, gözləri səmadan
daha mavi, dodaqları
albalıdan daha
qırmızıymış. Şahzadə bu
gözəlliyi görüncə ağılı
başından getmiş, o anda
vurulmuş. 2 il boyunca
danışmamağa qərar
vermiş, 2 il sonunda qıza
"çox gözəlsiniz" deyə
bilmək üçün. Amma 2
ilin dolduğu gün
şahzadənin içindəki atəş
daha da böyümüş və
qıza "sizə aşiq oldum"
demək üçün yanıb
alovlanar olmuş.
Beləcə "çox gözəlsiniz
sizə aşiq oldum" deyə
bilmək üçün, keçən 2 ilin
ardından 3 il daha
danışmamağı gözə
almış. 5 ilin sonunda
şahzadə danışmaq üçün
hazır olduğu sırada,
birdən bu möhtəşəm
gözəl və zərif qızla
evlənməyi, onu
sarayının şahzadəsi
etməyi nə qədər
istədiyini fərqinə varmış.
Beləcə "çox gözəlsiniz
sizə aşiq oldum mənimlə
evlənərsinizmi?" deyə
bilmək üçün 5 ilin
ardından 2 il daha səbr
etməyə qərar vermiş.
Şahzadə bu platonik
duyğularla 7 böyük ili
tamamladığı gün, artıq
dünyanın ən həyəcanlı
və ən xoşbəxt kişisi
olaraq qızın yaşadığı
daxmaya qaçmış. Qız
yenə daxmanın
bağçasında oturmuş,
kitab oxuyurmuş.
Şahzadə əlindəki qırmızı
gülü qıza uzatmış və
"Çox gözəlsiniz sizə aşiq
oldum. Mənimlə
evlənərsinizmi?" Qız
başını qaldırıb
şahzadəyə baxmış.
Qulaqlarını örtən qızıl
sarısı saçlarını geriyə
atmış və şahzadəyə belə
demiş: "Bağışlayın! Nə
dediyinizi eşidə
bilmədim!.."
Hekaye - 1 (QEBRDE_TEK)
Hekaye - 2 (QEBRDE_TEK)
Hekaye - 3 (QEBRDE_TEK)
Hekaye - 4 (QEBRDE_TEK)
red. QEBRDE_TEK (27.02 /12:34)
[cavab]
Ayan01
27 Fev 2013 / 12:54
Qizin basi catmir e
[cavab]
Dj_kamo
27 Fev 2013 / 13:23
QEBRDE_TEK, xexe,qiz qocaldiki
[cavab]
QEBRDE_TEK
27 Fev 2013 / 13:24
Dj_kamo, hee. .
[cavab]
Gizir
27 Fev 2013 / 13:31
nic nic nic Başi catmir qizin
[cavab]
Eqrepveilan
27 Fev 2013 / 14:30
Ayan01, neye göre
[cavab]
By_Fresh
27 Fev 2013 / 17:24
Brat sen bu antikvar hekayeleri hardan tapirsan:),amma oxumaqa deyer.
[cavab]
Kill_Farm
27 Fev 2013 / 18:42
Yazib versinde:)
[cavab]
menzoram
27 Fev 2013 / 21:20
[cavab]
odinocka
28 Fev 2013 / 11:40
əla diyib qiz.
red. odinocka (28.02 /11:41)
[cavab]
Bölmeye qayıt
0.182 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az