Xeyanet.
behbud
19 İyul 2012 / 18:35
"Qızın oğlana etdiyi xəyanət (axıracan
oxuyun,bəyənəcəksiz) Bilirsən...?
Mən sənə xəyanət edirdim.
Həmişə...
Bilməzdim xəyanət belə şirin olarmış...
Məni günahlandırmağahaqqın yoxdur. Bütün sənin hərəkətlərinin qarşılığında bunları edirdim.
Hər dəfə...
Elə bir gün, ay olmayıb ki, sənə xəyanət
etməyim....
Düşünürsən səni sevmədiyim üçün xəyanət
edirim sənə? Yox,əsla... Elə səni sevdiyim üçün hələ də
xəyanət edirəm
sənə. Yoxsa, çoxdan çıxıb getmişdim səndən.
Bilmək istərdinmi kimlərlə xəyanət etmişəm
sənə? Yadına sal, azmı ağlatdın məni? Göz
yaşlarımda boğularaq qaçdım... Hər ağladığımda göz yaşlarımı qurutmaq üçün yay
fəslinə qaçdım...
Üşüdüyümdə məni isidirdi, göz yaşlarımı
qurudurdu...
Qızmar günəşin işığı qaranlıq dünyamı
işıqlandırırdı... Yadına sal, azmı qışqırırdın üstümə? Hər sözün bir
alov olub ürəyimi yandırırdı. Od tutub alışıb
yanırdı ürəyim. O zaman mən payız fəslinə
qaçırdım...
Yaralarımı sərinlədərdi, yağışın damcıları ilə
söndürərdi içimdəki o alovu... Sakitlik tapardım, rahatlıq tapardım... Yadına sal...
Azmı deyirdin ayrıldıq, hər şey bitdi, gedirəm...? O
zaman bilmirdim sevinim, gülüm, yoxsa ağlayım?
Belə olduqda mən bahar fəslinə gedirdim...
İlıq təbəssüm bəxş edirdi mənə. Heçnə
düşünmədən gülümsəməyi öyrədirdi mənə... Sevinc bəxş edirdi bəhanəsiz, səbəbsiz...
Bax sənə hər zaman fəsillərlə xəyanət edirdim.
Fəsillərlə yaşayırım. Bir tək heç zaman qış
fəslinin yanına getmədim...
Əvvəllər ora səninlə getməyi arzulayardım. O ağ
bəyaz qar gəlinliyim olacaq deyə... Amma artıq qərara gəldim qış tək gedəcəyəm.
Artıq sənin yox, mən azadlığın nişanlısıyam...
[cavab]
neriman10
22 Apr 2013 / 16:34
bele d
[cavab]
EMIN98
22 Apr 2013 / 16:53
Eladi
[cavab]
Bölmeye qayıt
0.2031 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az