+Şəhidlərin xatirəsinə+

pol Nurlanichka 26 Fev 2013 / 17:40
Burda eşidilmir marş sədaları,
Quşlar asta uçur, qanad saxlayır.
Mərmər daşlar üstə insan adları,
Ana nisgil-nisgil baxır, ağlayır.

Şəhid xiyabanı, şəhid məzarı,
Bura and yerimiz ta qəbrə qədər.
Burda kimin oldu ömrü tən yarı,
Əldən gedən gündən Ağdam, Kəlbəcər.

Vətəni qoruyan oğullar kimi,
Şəhid məzarları durub baş-başa.
Bir az məzəmmətlə, bir az da kəskin,
Bizi səsləyirlər qəti savaşa.

Hələ ki, düşmənlər torpağımızda,
Rahat nəfəs alıb, at oynadırlar,
Əl atıb tutsa da bayrağımızdan,
Şəhidlər qəbrüstü daş boydadırlar.

Çoxdan əldən getmiş torpaqlar yanır,
Necə dözmək olar bu ahu –zara.
İçimdə ümidsiz boşluq yaranır,
Özüm də dönürəm boş bir məzara.

[cavab]

pol Aristotel 26 Fev 2013 / 17:41
Nurlanichka, SUPER

[cavab]

pol @zerbaycan 26 Fev 2013 / 17:42
di

[cavab]

pol menzoram 26 Fev 2013 / 17:45

[cavab]

pol Juliet 26 Fev 2013 / 18:43
halaldi yazana

[cavab]

pol @ahu@ 26 Fev 2013 / 18:58
Twk yazdiginiz ucun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2186 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az