Xocali... By :Bartos
bartos
26 Fev 2013 / 17:34
Adım anonim qalsın, onsuz da anonim qalmışam, kim tanıyır ki məni? Mən bir şəhidəm, Xocalıda öldürülən yüzlərlə insandan biri. Bəlkə kişi olmuşam, ailəmi gözümün qarşısında qırıblar, sönra da məni təhqir edib öldürüblər.
Bəlkə qadın olmuşam, uşağımı gözümün önündə doğrayıblar, ərimi alçaldıb öldürüblər, sonra da özümü əsirlikdə alçaldıb öldürüblər.
Bəlkə də körpə olmuşam, dərisi söyulan, gözü çıxarılan, və ya ana bətnindən kəsilib çıxarılan bir körpə. Hamı üçün mən "soyqırım qurbanıyam", dövlət üçün statistika, siyasətçilər üçün manevr, siyasi alver, ölkənin reklam vasitəsi.
İldə bir dəfə yada salınan, saat 00:00-dan 00:00-dək qəmgin musiqi və simfoniya ilə anılan bir tarixəm.
İndi gənc bir insan ola bilərdim, və ya nəvə nazı çəkən bir nənə, baba… amma, deyiləm.
Mən indi torpağam, çürüntüyəm. Son vaxtlar nəsə ruhum narahatdır, yuxum tez-tez pozulur, Əkrəm Əylisli barədə də eşitdim, lap pis oldum. Anlamıram ki, mənim günahım nədir... mən niyə ölməli idim axı?
Müharibə çox pis şeydir. Biri satır, o biri alır, axırda razılığa da gəlirlər, arada da günahsız insanlar yer üzündən silinir… Çox zaman da əsl qəhrəmanlar anonim qalır...
[cavab]
nikow
26 Fev 2013 / 17:49
ALLLAH ORDAKI OLENLERE REHMET ELESENIN ONLAR KIMI OGULLAR TEKI ARTSIN AMIN.>3
[cavab]
ejla
26 Fev 2013 / 17:50
super yazmisan.
[cavab]
bartos
26 Fev 2013 / 17:51
nikow, Amin
[cavab]
bartos
26 Fev 2013 / 17:51
ejla, saol dosi
[cavab]
Juliet
26 Fev 2013 / 18:31
maraqli yazidi
[cavab]
Shokochka
26 Fev 2013 / 18:50
maraqli yazidi.cox sag olun...
[cavab]
A_ceyhun
26 Fev 2013 / 18:59
duzdu qardaw
[cavab]
hum@y
26 Fev 2013 / 20:21
Yaxwi yazmisan twk.Tek Xocalida deyil diger bolgelerdeki qirginlarda olenlere ALLAHdan Rehmet,qalanlara sebr ve guc versin iten torpaqlarimizdan siginti kimi yawiyan o millet qovulsun
[cavab]
EMIN98
26 Fev 2013 / 21:13
Allah rehmet elesin.. Tşk.
[cavab]
Bölmeye qayıt
0.1588 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az