+Şəhid anası (şeir)+
Nurlanichka
26 Fev 2013 / 17:31
Titrək əllərinlə alıb şəklini
Ah çəkib ağlama,şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama,şəhid anası!
Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə,düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama,şəhid anası!
Ruhu ildrımda,şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir,
Həsrətli,ümüdlü ürəklərdədir,
Çox matəm saxlama,şəhid anası!
Nə deyim,nə yazım,qələmim donur?
İlhamın dünyası odlanır,yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama,səhid anası!
[cavab]
@xavi@
26 Fev 2013 / 19:03
twk. ALLAH BUTUN WEHIDLERIMIZ REHMET ELESIN.
[cavab]
@ahu@
26 Fev 2013 / 20:30
Allah butun wehid Analarina Səbr versin onlarin qarwisinda baw eyirem elerinden opurem
[cavab]
EMIN98
26 Fev 2013 / 21:14
Tşk. Allah rehmet eylesin.
[cavab]
Bölmeye qayıt
0.1476 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az