hekaye 28 ( Geniuss )
Geniuss
26 Fev 2013 / 03:13
Bir hədisdə belə rəvayət edilir: Sevgili Peyğəmbərimiz bir gün əshabı ilə oturub söhbət edirdi. Bir qadın səhabə təşviş və həyəcanla Rəsululahın hüzuruna gəlib: �Allahın Rəsulu! Hal-hazırda həyat yoldaşım ölüm yatağındadır. Bəlkə də bir neçə dəqiqə sonra öləcək. Ancaq yanında kəlmeyi-şəhadət gətirdiyimi başa düşür və özüdə təkrar etməyə çalışırsa da, heç cür deyə bilmir. Mən həyat yoldaşımın imansız öləcəyindən qorxuram. Bu məsələdə sizdən kömək istəyirəm�.
Allahın Elçisi (s.ə.s) qadından soruşur: Həyat yoldaşın sağlığında hər hansı bir pislik edibmi?
Qadın həyat yoldaşının heç bir pis iş görmədiyini, namazını qılıb hər cür ibadətini qüsursuz yerinə yetirməyə çalışdığını deyir.
Peyğəmbər (s.ə.s) yenə soruşur: �Həyat yoldaşınızın yaxınlarından kimi var?� Qadın qoca bir anasının olduğunu deyincə, Allah Rəsulu dərhal onu yanına çağırtdırır.
Rəsulullahın (s.ə.s) hüzuruna gələn yaşlı qadın Hz. Alqamənin anası idi. Allah Rəsulu (s.ə.s) qadından soruşur: �Oğlun səninlə necə rəftar edirdi? Oğlundan razısanmı?� Alqamənin anası belə cavab verir: �Ey Allahın Rəsulu, oğlum evlənənə qədər mənimlə çox yaxşı rəftar edirdi. Evlənəndən sonra isə xanımını dinləyib pis davranmağa başladı. Hətta axır vaxtlarda evini də ayırdı. Mən də onun bu hərəkətindən üzüldüm�.
Allah Rəsulu oğlunun ölüm ayağında olduğunu və əgər haqqını halal etməzsə, Cəhənnəm əzabı çəkəcəyini dedisə də, qadın: �Haqqımı halal etmirəm, ey Allahın Rəsulu!� deyib durdu. Alqamə isə evdə yatır hələ də kəlmeyi-şəhadətini gətirə bilmirdi. Peyğəmbər (s.ə.s) qadının analıq şəfqətini oyatmaq üçün �Mənə bir az odun gətirin!�-deyir.
Qadın özünü saxlaya bilməyib heyrətlə �Odunu nə edəcəksiniz, ey Allahın Rəsulu?� - deyə soruşur. Çünki bunun hikmətini bilmək istəyirdi.
Hz. Məhəmməd qadına �Oğlunu yandıracağam...- Sabah cəhənnəmdə yanmaqdansa, elə cəzasını burda çəksə daha yaxsı olar� - deyəndə qadın dözə bilməyib.
- Oğlumun gözümün qarşısında yanmağına razı ola bilmərəm, ey Allahın Rəsulu! Ona haqqmı halal edirəm, - deyər. İstənilən nəticə alınmışdı... Peyğəmbərimiz (s.ə.s) Bilal Şəbiyə �Get bax gör Alqamənin vəziyyəti necədir?� - deyə buyurur. Bilal Həbəşi Alqamənin yanına çatıb kəlmeyi-şəhadəti təlqin edir. Alqamənin dili birdən birə açılır: �La iləhə illəllah, Muhammədun Rəsulullah� - deyib ruhunu Allaha təslim edir.
hekaye 27 ( Geniuss ) daxil ol
[cavab]
Dj_kamo
26 Fev 2013 / 04:10
Geniuss, cox sagol,Allah razi olsun
[cavab]
odinocka
26 Fev 2013 / 11:10
Var həyatda kəlmeyı-şəhadəti bilməyən insanlar bəlkə indi öyrənərlər sag ol.
[cavab]
Geniuss
26 Fev 2013 / 18:00
twkr.
[cavab]
Golf
24 İyun 2013 / 23:09
Qesengdi
[cavab]
Bölmeye qayıt
0.1816 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az