hekaye 27 ( Geniuss )
Geniuss
25 Fev 2013 / 02:49
Çox çirkin səs..
Mövlana Həzrətləri bir gün tələbələrinə dərs deyərkən onlardan soruşur:
- Allah (c.c.) Quranda ən çirkin səsin uzunqulaq səsi olduğunu buyurur. Sizcə, o qədər heyvanların arasında uzunqulaq səsinin ən pis səs olaraq göstərilməsinin hikməti nədir?
Tələbələr sualın cavabını yenə Mövlanadan gözləyirlər.
Mövlana:
- Hər heyvanın özünəməxsus zikri, təsbihi var. Məsələn, dəvənin böyürməsi, aslanın kükrəməsi, milçəyin və arının vızıldaması onların zikrləridir. İnsanların zikri və təsbihi olduğu kimi mələklərin də zikrləri var. Halbuki, biçarə uzunqulaq sadəcə iki dəfə anqırır: acıyanda və cinsi yaxınlıq istədikdə. Demək ki, uzunqulaq şəhvətinin və mədəsinin əsiridir. Könlündə Allaha (c.c.) sevdası olmayan, sadəcə mədəsini və şəhvətini düşünən insanın səsi də Allah (c.c.) qatında uzunqulaq səsi kimidir və ya daha aşağıdır
Çoban ve Alma ağacı
Qoca çoban sürüsünü otarmaq ücün yaylaga cixanda təpənin yanindaki alma agacinin altinda dincələrdi.Hər gün agacdan alma payini istəyər,bir az kecmis agacdan gözəl bir alma düsərdi.Coban sədəf dəstəkli bicagi ilə almani dilimleyib yeyər,sonra da babasindan qalan Quranini oxumaga baslayardi.Coban bu agaci 20 il əvvəl əkmisdi.O,böyuk guyumdəki su ilə dəstəmaz alar,sonra da qalan su ilə agacini sulayardi.Agacin kökləri bəlkə də bu sulardan güc almis, qisa bir vaxtda bar verməyə baslamisdi.Coban o vaxtlar gənc idi .Əlini uzadan kimi istədiyi almani dərirdi.Ancaq aradan illər kecmis ,cobanin beli bükülmüsdü.Agac isə boy atib ucalmisdi... Coban onu balasi kimi əzizləyərdi.Hər dəfə agaci oxsayar,”Göndər bugünkü qismətimi”,-deyərdi.Agacdan bir alma duserdi.... Kəndlilər uzaqdan bu mənzərəni görub heyrət edər,qoca cobanin kəramət sahibi oldugunu söyləyərdilər.Bir gun yenə coban namazini qilib bir az dincələndən sonra almasini istədi.Ancaq budaqlar dolu olsa da alma düsmədi .Coban bir də dilləndi.Yenə alma düsmədi.Bir də.... Cobanin gözləri yasardi.Göz yaslari ag saqqalini islada-islada agacin altindan uzaqlasdi.Agac ilk dəfə idi ki,onun sözünü “esitmirdi”.Yasli Cobanin beli həmisəkindən daha cox bukulmusdu.Ayaqlarinda taqət qalmamisdi.Qoyunlarini yigib kəndə tərəf gedəndə məscidin minarələrindən qalxan əzan səsi sanki onu yuxudan oyatdi.Coban elə bil təzədən dogulmusdu.Usaq kimi sevinirdi... Tez agacin yanina qacdi və ona sarilib aglaya-aglaya “Canim-Gözüm, sən bu qoca cobani bagisla .Axi niyə əvvəlcədən demədin ki, bu gun Ramazanin ilk günü oldugunu?”...
hekaye 26 ( Geniuss ) daxil ol
[cavab]
Dj_kamo
25 Fev 2013 / 02:54
Cox sagol
[cavab]
Ayan01
25 Fev 2013 / 03:05
Eladi e
[cavab]
Memo
25 Fev 2013 / 03:10
Sadece super ..
[cavab]
Aristotel
25 Fev 2013 / 04:40
Geniuss, superrrrr
[cavab]
Fermer187
25 Fev 2013 / 10:49
[cavab]
Esger_Balan
25 Fev 2013 / 10:53
qeşeng
[cavab]
nik
25 Fev 2013 / 12:28
Allah razi olsun.
[cavab]
Geniuss
26 Fev 2013 / 03:02
tşkr..
red. Geniuss (26.02 /17:59)
[cavab]
Golf
24 İyun 2013 / 23:14
2 lap superdi
[cavab]
Bölmeye qayıt
0.1361 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az