+Yarımçıq cümlənin necə bitəcəyini bilən robot+

pol Nurlanichka 24 Fev 2013 / 19:38
Alim Piter Ford Domininin komandasının bir neçə il ərzində üzərində iş apardığı iCub robot- humanoid indi təkcə insan nitqini başa düşməyi deyil, həm də sonradan nə deyiləcəyini bilməyi öyrənib.

Bu, robotda yer alan real insanın beynində bir neçə dövri əlaqəni imitasiya edən sadələşdirilmiş süni beyin sayəsində mümkün olub.

Süni beyin robota yeni sözləri və qrammatik quruluşları öyrənməyə, anlamağa imkan verir. Belə ki, robot sözləri düzgün qruplaşdıra, iki ayrıca ifadəni bir-birinə bağlaya və hətta hələ tamamlanmamış cümlənin necə bitməli olduğunu əvvəlcədən söyləyə bilər. Bundan əlavə, bütün bu proseslərin hansı sürətdə baş verməsi də diqqət çəkir, çünki iCub nitqi real vaxt rejimində təhlil edir.

Robota dünyada mövcud olan bütün informasiyanı daxil etmək qeyri-mümkündür. Lakin indi iCub sübut edir ki, buna heç ehtiyac da yoxdur. Alimlər deyirlər ki, robota minimum şeyləri öyrətmək yetər ki, o təlimi uşaqların etdiyi kimi müstəqil şəkildə davam etsin.

Onların sözlərinə görə, tədqiqat daha bir böyük əhəmiyyətə malikdir, çünki tezliklə robotlara bir günə dil öyrətmək mümkün olacaq.

[cavab]

pol Boss555 24 Fev 2013 / 19:39
yaxwidi..

[cavab]

pol @zerbaycan 24 Fev 2013 / 19:40
ELAAAAAA

[cavab]

pol Shuvelanli 24 Fev 2013 / 19:43
di.ela)

[cavab]

pol ozdunyamiz 24 Fev 2013 / 20:00
vay be)

[cavab]

pol _Bozkurt_ 24 Fev 2013 / 20:12
boooo bravo

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.221 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az