Çal ay fariz
Esger_Balan
24 Fev 2013 / 14:41
Yəqin ki çoxlarına
"Çal,aşıq,çal.Komsomolun canı
it canıdır" kəlmələri tanışdır.
Unudan olsa da dünən baş
tutmuş "Qəbələ"-"Xəzər
Lənkəran" oyununa baxan hər
kəs xatırladı yenidən bu
kəlmələri. Az qala hər nəfəs
aldığında əlini fitə atan oyunun
"ədalət keşikçisi" Fariz
Yusifovun sayəsində. Məni
qınayanlar da tapılacaq ki,bəs
"Xəzər Lənkəran" güclüdürsə
qalib gələydi. Yox, "Xəzər
Lənkəran" heç də güclü
deyil,tarixinin heç də ən yaxşı
günlərini yaşamır.Amma
futbolçularımız minimum
onlara lazım olan bərabərliyə
layiq oynadılar. Bəs futbolu
necə oynayırlar? Futbolu elə bu
cür oynayırlar. Hakimlik isə bu
cür olmur. Bundan sonra oyun
başlayan kimi Fariz Yusifovun
əlinə bir qara zurna vermək
lazımdır AFFA və RFL-in "zakaz"ı
ilə mahnı çalanda hər
fülədiyində oyunu saxlasın. Bu
cür vacib bir oyunda bu qədər
də fit çalınarmı? Fit hər 2 tərəf
üçün çalınsa da bu hesabda
geridə olan "Xəzər Lənkəran"ın
ziyanına işləyirdi. "Qəbələ" və
onun qazandığı qələbə ilə
işimiz yoxdur. Çünki bu
çempionatda "başında papaq
olan" 2-3 klub varsa,biri də
"Qəbələ"dir. Bizim etirazımız
ətrafında yüz minlərlə azərkeş
toplanmış "Xəzər Lənkəran"a
qarşı hər cür murdarlıqlara
gedən Azərbaycan futbolunun
başında oturmuş ruşvətxor və
"zek" ,"zakaz"a
işləyən,futboldan başqa hər işlə
məşğul olan,prezidentin
futbolun inkişafına ayırdığı
milyonları 3-4 süni örtüklü
meydana,lüt müğənni
dallarına,cəfəng və xeyirsiz
çempionatlara
xərcləyən,qasığında hələ tük
çıxmamış futbolumuzu hər cür
sadist pozada zorlayan futbol
məmurlarınadır
[cavab]
Esger_Balan
24 Fev 2013 / 14:42
Oyunun qırılma anı hesab 1-0
meydan sahiblərinin xeyrinə
olarkən,2ci hissənin ortalarında
rəqib qapısı qarşısında boş
qalan topa zərbə endirmək
istəyən komandamızın
hücumçusu Sialmasa qarşı
edilən qayda pozuntusu zamanı
penalti verilməməsi epizodu
oldu. Bəlkə də o an penalti
verilsəydi komandamız
meydanı qələbə ilə də tərk edə
bilərdi. Çünki oyunun 20-ci
dəqiqəsindən sonra meydanda
üstünlük tam komandamızın
əlində idi. Əgər bu cür epizodda
penalti verilmirsə bəs haçan
verilməlidir. Bu anda adamın
yadına "verxuşka"nın
komandası ilə 3-4 hesablı
məşhur oyundakı penalti
epizodu düşür .Onda penalti
idisə,burada penalti
epizodunun verilmə faizini əks
etdirə bilən rəqəm yaza
bilmirəm. Çünki faizin yüzdən
yuxarısı olmur. O vaxt verdilər-
çünki onlar
yuxarılarındır,bizlərsə yox. Heç
istəmirik də. Biz bizik,onlar
onlar. Biz onlar deyilik ki
komandaları çempionatda
sürünəndə,2009-da 6-lığa
düşürmək üçün "Xəzər
Lənkəran"la ev oyunlarını saat
14-da salıb,2-3 min azərkeşin
qarşısında meymun oynadalar
və bir tur qalmış Ağasəlimin
"Xəzər Lənkəran"ının
bağışladığı 1 xalın hesabına 6-
lığa düşmələrini qarantiləyələr.
Hansı zibillərindən yazıb,hansını
saxlayasan?
[cavab]
Esger_Balan
24 Fev 2013 / 14:44
Komandamızın bu gün
düşdüyü vəziyyətin əsl
səbəbkarları "Xəzər Lənkəran"
ətrafında toplaşmış yüz
minlərin milyonlara çevrilib,bir
gün onları layiq olmadan
oturduqları kreslolardan
tullayıb tarixin "zibil yeşiyinə"
atacaqlarından qorxub bu
azərkeş ordusunu klubdan
uzaqlaşdırmaq üçün bütün
imkanlardan istifadə
edənlərdir. Bu siyasətin
başlanğıcı çox keçmişlərə gedib
çıxır,"Qızıl oyun"dan
başlayıb,Rednikə torba tikilməsi
ilə davam etdi. İndi də davam
edir. Amma onlar bir şeyi
unudirlar ki bu Lənkəranın
komandasıdır. Sovet
hakimiyyətinin ən qanlı
dövrlərindən birində sovetin
qızrmızı bayrağını dövlət
binalarının üzərindən
endirib,müasir tariximizdə ilk
dəfə olaraq üç rəngli
bayrağımızı sancan qeyrətli
kişilərin yaşadığı bir Lənkəranın.
Bunu insanların
yaddaşından,qamarlarından
axan qanlarından heç kim poza
bilməz. Yaddaş,qan sizin
yazdığınız yalançı orta
məktəbin tarix kitabları deyil ki
pozasınız. Belədir,cənablar! Çox
da zilə getməyin. Sultan
Süleymana qalmayan dünya
sizlərə də qalmayacaq. Sirkə nə
qədər tünd olursa sonda öz
qabını çatladır. "Xəzər
Lənkəran" sizə təklənmiş
komsomol deyil. Onun
topu,tüfənqi məhəbbət,sadiqlik
olan yüzminlik,milyonluq
ordusu var...
[cavab]
Esger_Balan
24 Fev 2013 / 14:45
P.S. Məni qınamayın ki bu cür
yazdım. Mən bunları bir "Xəzər
Lənkəran" azərkeşi kimi
yazdım. Mən bu dünyaya
"Xəzərli" gözü ilə baxıram və
bu cür görürəm. O gözlər ki
əbədi yumulanda da "Xəzərli"
kimi yumulacaq.
[cavab]
EMIN98
24 Fev 2013 / 18:14
Özün yazmısan?
[cavab]
Esger_Balan
24 Fev 2013 / 18:18
EMIN98, heri
[cavab]
Esger_Balan
25 Fev 2013 / 00:40
aff(a)riz
[cavab]
Bölmeye qayıt
0.1408 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az