Vətənşüvənlər

pol Veteran 24 Fev 2013 / 03:57
Ey bizə siyasiləşdirməyin deyən vətənşüvənlər,

- Şəhid əsgərin məzar yerini ailəsinə pulla satarkən (Elnur Mübariz oğlu Məmmədov)
- Əsgər hərbi xidmətdə xəstələnməsinə rəğmən heç bir tədbir görməyən, Müdafiə Nazirliyi ona biganə yanaşıb ölməyinə səbəb olarkən (Eldar Qədir oğlu Novruzov)
- Əsgəri döyərək öldürüb, daxili orqanlarını çıxarıb satarkən (İsmayıl Rafiq oğlu İbayev)
- Şəhidlərin dəfn edildiyi gün Bakıda atəşfəşanlıq edərkən (Vüqar Əmirəli oğlu Əmirov və Pərvin Nəbi oğlu Abdullayev)
- Şəhidin cənazəsini Parlament Seçkiləri günü gətirib dəfn edib, siyasi şou yaradarkən (Mübariz Ağakerim oğlu İbrahimov)
- Əsgərin ölüm kağızını ailəsinə pulla satarkən
- 2011-ci ildə 100 nəfər, 2012-ci ildə 97 nəfər hərbçi həlak olarkən

...ağzımıza su alıb oturmalıyıq? Hələ bu yazdıqlarım dənizdən bir damladır. Nə vaxta qədər axı? Sənin də sağ-salamat göndərdiyin əzizin, qardaşın, qohumunun cənazəsi gələnə qədərmi? İnsan nə qədər vicdansız, biganə, mənəviyyatsız olmalıdır ki, siyasi/qeyri-siyasi söhbətləri etsin, mənasız müzakirələr açsın? Nə qədər əclaf olmalısan ki, bu cinayətlərdə əli olan Səfər və onun yararsız generalları əvəzinə, bu haqsızlıqlara etiraz edən gəncləri, potensial gələcəyin "Ceyhun Qubadov"larını tənqid edəsən, söyəsən, hansısa siyasi partiyaya, təşkilata calayasan? Etiraz etmədikcə sıra sizə də gələcək, əmin olun! Əsgərlərin ölümündə və mənim əsəblərimin tarıma çəkilməsində əməyi olanların, Allah bəlasını versin!

[cavab]

pol Dj_kamo 24 Fev 2013 / 04:13
Veteran, axi elimizden ne gelir,ne ede bilerik,biz yuz adam,onlar min adam,ayaga qalxsaq bawimizdan vuracaqlar,yaxwisi budur,dinmeyek,dinmeki qoy yatanlar yatsin,onsuzda oyanmayacaqlar,oyansalarda cox gec olacaq,neyse,bir sozle bizlik deyil,bele getse Wehidlermizin qani yerde qalacaq

[cavab]

pol Veteran 24 Fev 2013 / 04:17
Dj_kamo, raziyami oyansalar gec olacaq..ama hami oyyansa bax o basqa melese olar

[cavab]

pol Dj_kamo 24 Fev 2013 / 04:36
Veteran, cetin oyansinlar

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1482 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az