Namaz nə vaxt batil olur?

pol ozdunyamiz 24 Fev 2013 / 01:25
-Qadınlar namaz qılarkən və adi halda topuqdan aşağı örtünməyə bilərlər? Bu namazı batil edir?
- Bəli, topuqdan aşağı örtünməmək olar və bu halda qılınan namazlar batil deyil.

- Evimiz şadlıq evinin yaxınlığında yerləşir. Yay fəslində çarəsizlikdən səs-küydə (musiqi səsini eşidərkən) namaz qılmalı oluram. Bilmək istədim bu, namazlarımı batil edir?
- Çarəsizlik üzündən qeyd olunan şəraitdə namaz qılmaq onun batil olmasına səbəb olmur. Amma çalışın nisbətən sakit vaxtlarda namaz qılasınız ki, fikrinizi cəm edə biləsiniz. Allah qəbul etsin.

- Hansı hallarda ayət namazı qılınmalıdır? Və o, nə zaman qəza olur.
- Gün və ay tutulduqda, zəlzələ baş verdikdə, əhalinin qorxusuna səbəb olan digər təbii hadisələr baş verdikdə ayət namazı qılınır. Namaz hadisə baş verdikdən dərhal sonra qılınmalıdır. Sonraya saxlanıldıqda qəza niyyəti ilə qılınır.

- Nə üçün İslamda iki qadının, kişilərin isə birinin şahidlik verməsi qəbul olunur?
- Bu, İlahi göstərişdir. Amma biz belə təxmin edə bilərik ki, buna səbəb olan bəlkə də qadınların hər ay keçirdikləri xüsusi günlər (onun da öz təsirini qoyması) və ya onların kişilərlə müqayisədə daha ürəyi yumşaq olmalarıdır.

- Bəzi yerlərdə su çatışmazlığı üzündən yağış suyu su çənlərinə yığılır. Bilmək istərdim onunla dəstəmaz və ya qüsl almaq olar?
- Əgər toplanılan su təmizdirsə, yəni rəngi, iyi və dadı dəyişməyibsə olar. Yağış suyu özlüyündə pakdır.

- İslama görə, kimlərin günahları bağışlanmır? Kimlər Allah tərəfindən bağışlanılmır?
- Quran ayələrinə istinadən deyə bilərik ki, münafiqlər və Allaha şərik qoşanlar Allah tərəfindən bağışlanmaz və əbədi cəhənnəm sakinlərindən olarlar.

- Qadınlar bütün hallarda arxada namaz qılmalıdırlar, yoxsa onlara məhrəm olanlarla bir yerdə namaz qıla bilərlər?
- Bəli, qadınlar bütün hallarda kişilərdən arxada namaz qılmalıdırlar. Bunun məhrəmlik və naməhrəmliklə əlaqəsi yoxdur.

[cavab]

pol _elo_ 24 Fev 2013 / 01:49
ozdunyamiz, Sag ol yazdigin melumatlara gore. Allah razi olsun. namaz qilmaq heqiqeten de gozel emeldir

[cavab]

pol By_Fresh 24 Fev 2013 / 01:56
Tewekkur edirem gozel movzudu,sen ozun namaz qilansan?

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1287 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az