Sizin sağ qulağınız nitqi daha yaxşı eşidir, sol isə — musiqini

pol ozdunyamiz 24 Fev 2013 / 01:24
İnsan beyninin sağ və sol yarım kürələri heç də eyni deyil. Əgər söhbət səslərdən gedirsə, qulağımızla eşitdiyimiz informasiyanı beynimizin başa düşməsi üçün sol yarım kürə, bu səslərin çalar və tonlarını ayırd etmək üçün isə sağ yarım kürə cavabdehlik daşıyır. Əslində alimlər bu barədə çoxdan bilirdilər. Belə ki, bu, onunla izah olunur ki, beynin sol yarım kürəsi analitik düşünməyə, eyni zamanda sağ yarım kürə isə yaradıcılıq və emosiyalara cavab verir.

Lakin aparılan yeni müayinələr onu göstərir ki, bu fərqlilik qulaqların səsi artıq "emal etdiyi" zaman meydana çıxır. Qulaq hüceyrələri səsə reaksiya verərək vibrasiyanın yüksəlməsi üçün genişlənir və sıxılır, daha sonra həmin titrəyişlər sinir impulslarına çevrilərək beyinə daxil olur. Məhz bu reaksiyaya görə qeyd olunur ki, sağ qulaq insan nitqini xatırladan ritmik səs cərgəsinə daha yaxşə reaksiya verir, sol isə musiqiyə üstünlük verir.

[cavab]

pol amil@ 24 Fev 2013 / 01:26
ozdunyamiz, duz deyirsen

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2158 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az