+Simanın gözəl olmasına təsir edən amillər+
Nurlanichka
23 Fev 2013 / 19:22
İslamın nəzərinə görə gözəllik - mənəvi və maddi gözəlliyə bölünür. Mənəvi gözəllik İlahi vacibatlara əməl edərək, məsələn namaz qılaraq insanda meydana gələr. Ancaq maddi gözəllik Allahın bizə verdiyi təbii gözəllikdir.
Mənəvi gözəlliyə malik olmaq üçün əməllərin və zikrlərin təsiri çoxdur. İmam Sadiq (ə) buyurur: “Gecə namazı simanı nurani edər”.
Hər halda İslam dini daha çox mənəvi gözəlliyə çox dəyər verir. Quranda gözəllik “hüsn”, “camal”, “cəmil” kəlmələri ilə bəyan edilmişdir. Hüsn və camal dedikdə, hər bir gözəl və yaxşı olan şey nəzərdə tutulur. Camal və cəmil isə həddən artıq çox olan gözəlliyə aid edilir. Bu sözlər Quranda müxtəlif mənalarda işlənmişdir. “İnsanlarla xoş dillə danışın” (“Bəqərə” 83).
“Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər” (“Ali-İmran” 120).
“Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır” (“Rəhman” 70).
“Belə isə, gözəl bir şəkildə səbr et (belə ki, onda heç bir narazılıqdan, dözümsüzlükdən əsər – əlamət olmasın)” (“Məaric” 5).
Xülasə, demək olar ki, bu sözlər Quranda gözəl mənalarda işlənir.
Mənəvi gözəllik
Mənəvi gözəllik hər bir insanın batini gözəlliyidir. Bu gözəllik Peyğəmbərimizdə (s), İmamlarımızda (ə) başqa insanlarla müqayisədə daha çox idi. Onlardan gələn hədislərə nəzər salaq:
1. İmam Əli (ə) buyurur: “İnsanın gözəlliyi - onun səbrliyindədir”. Çünki səbr insan ruhuna rahatlıq bəxş edər. İnsanın əxlaq və rəftarını müsibətlər qarşısında gözəl edər.
2. İmam Əli (ə) buyurur: “Möminin gözəlliyi onun təqvası ilədir”.
3. İmam Həsən Əsgəri (ə) buyurur: “Ağlın gözəlliyi insanın batininin gözəlliyidir”.
4. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Gecə namazı qılarsa, gündüz siması gözəl olar”.
5. İmam Əli (ə) buyurur: “Namaz - simanın nuraniliyidir”.
6. İmam Sadiq (ə) buyurur: “Gecə namazı simanı gözəl edər”.
Maddi gözəllik
Hədislərimizdə mənəvi gözəlliklə yanaşı, maddi gözəlliyə də işarə edilmişdir.
1. İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) buyurur: Qardaşım İsa (ə) bir şəhərdən keçirdi və orada bir qadınla kişi fəryad çəkirdi. Həzrət (ə) onlara buyurdu: “Sizə nə olmuşdur, niyə fəryad çəkirsiniz? Kişi deyir: Ey Allahın Peyğəmbəri! Bu, mənim həyat yoldaşımdır. Heç bir pisliyi də yoxdur. Ancaq ondan ayrılmaq istəyirəm”. Həzrət İsa (ə) buyurur: “Hər halda de görüm, nə naqisliyi vardır ki, ondan ayrılmaq istəyirsən?” O kişi deyir: “Qocalmamış siması çökmüş və qırışmışdır”. Həzrət (ə) o qadına buyurur: “Ey qadın, istəyirsənmi üzünün təravəti geri qayıtsın?” Qadın deyir: “Bəli”. Həzrət (ə) buyurur: “Nə zaman yemək yesən, doymamış ondan əl çək. Nə zaman yemək mədədə və qarında çox olar, üzün təravətini aradan aparar”. Qadın onun dediyinə əməl etdi. Üzünün təravəti geri qayıdır”.
2. İmam Sadiq (ə) buyurur: “Həna pis iyi aparar. Üzə təravət verər, ağzı xoş ətirli edər. Adəm övladlarını gözəl və xoş sima edər”.
3. İmam Sadiq (ə) buyurur: “Armud üzü gözəl edər”.
“Möminlərin zinəti” kimi dini ədəbiyyatda zahiri gözəlliyə xidmət edən amillər barədə çoxsaylı tövsiyələr vardır.
[cavab]
ozdunyamiz
23 Fev 2013 / 20:11
çox gozel, çox teşekkur edirem
red. ozdunyamiz (23.02 /20:11)
[cavab]
PRINCE
23 Fev 2013 / 20:17
gozeldir ama Peygamberimizden sadece 2hedisin yazilmasi gozel deyil,
[cavab]
Bölmeye qayıt