Sən mənim sevdiyim o qız deyilsən
Repery
23 Fev 2013 / 15:25
Baxıram, tanıya bilmirəm səni,
Sən mənim sevdiyim o qız deyilsən.
Yubka dar, kofta dar, lap açıq-saçıq,
Sən mənim sevdiyim o qız deyilsən.
Dəyişib, o məsum üzün dəyişib,
Tərtəmiz, saf olan gözün dəyişib.
Söhbətin dəyişib, sözün dəyişib,
Sən mənim sevdiyim o qız deyilsən.
Hanı o həya, ar, o utancaqlıq,
Könlümü fəth edən təmizlik, paklıq?
İndi səni tutub çirkab, bataqlıq,
Sən mənim sevdiyim o qız deyilsən.
Dodaqlar boyanıb, saçlar saralıb,
Qara kirpiklərin bir də qaralıb.
Yubka çox qısalıb, kofta daralıb,
Sən mənim sevdiyim o qız deyilsən.
Sən niyə dəyişdin, cavab ver, niyə?
Söylə, necə qıydın o gözəlliyə?
Əbədi son qoydun eşqə, sevgiyə,
Sən mənim sevdiyim o qız deyilsən.
Sanırsan hamıdan birincisən sən,
Dərdlərin dərmanı, sevincisən sən.
Əldən-ələ gəzən bir “incisən” sən,
Mənim çox sevdiyim o qız deyilsən.
Dəyişib yerişin, davranışların,
Daha yoxdur ürkək, saf baxışların.
Olmusan eqoist, qudurğan, harın,
Sən mənim sevdiyim o qız deyilsən.
Səbəbi nə idi bu dəyişmənin?
Bu iyrənc, bu vulqar “gözəlləşmənin”?
Nəyin çatışmırdı, bir söylə, nəyin?
Sən mənim sevdiyim o qız deyilsən.
Fəqət əvvəlki tək qala bilərdin,
Ürəkləri oda sala bilərdin.
Baxışınla canlar ala bilərdin,
Nə fayda, sən artıq o qız deyilsən...
Mənim sevdiyim qız bir mələk idi,
O əl dəyilməmiş bir çiçək idi.
Bil ki mənə sən yox, “o” gərək idi,
Sən mənim sevdiyim o qız deyilsən.
Dəyişib, o məsum üzün dəyişib,
Sevgi dolu baxan gözün dəyişib.
Varlığın dəyişib, özün dəyişib,
Sən mənim sevdiyim o qız deyilsən.
Dəyişdin, sevgilim, gəl bunu bil ki,
Daha məndən heç vaxt gözləmə sevgi.
Nə vaxtsa rastlaşsaq, deyəcəyəm ki,
Sən mənim sevdiyim o qız deyilsən...
[cavab]
telimat
23 Fev 2013 / 15:27
[cavab]
D_A_G_L_I
23 Fev 2013 / 15:28
+++++
[cavab]
Repery
23 Fev 2013 / 15:33
saolun :)
[cavab]
Siya
23 Fev 2013 / 15:34
..
...
[cavab]
Esger_Balan
23 Fev 2013 / 15:45
qeweng
[cavab]
Repery
23 Fev 2013 / 15:48
qeweng gunun olsun
[cavab]
@zerbaycan
23 Fev 2013 / 15:57

[cavab]
**Feya**
23 Fev 2013 / 16:00
Super...
[cavab]
Repery
23 Fev 2013 / 16:03
twkrler :)
[cavab]
Bölmeye qayıt