+Müəllim şilləsi+
Nurlanichka
23 Fev 2013 / 05:03
Müəllim dərsini qurtarıb sinifdən çıxanda şagirdlərindən birinin o birinı yıxdığını gördü. Üstəlik, yıxılan uşaq sinfin ən yaxşı şagirdlərindən biri idi. Müəllim, əvvəlcə, yıxılan şagirdi yerdən qaldırıb üstünü təmizlədi, sonra o biri şagirdin qolundan tutub sinfə saldı.
O bu kənd məktəbində iyirmi ildən artıq idi ki, işləyirdi. İş elə gətirmişdi ki, o elə bu kənddən də evlənmişdi. Hətta təyinatı böyük şəhərlərə çıxsa da, öz ailəsi kimi sevdiyi bu məktəbdən getməmişdi. Ona görə də bu “ailənin üzvlərinin” yaramazlıqlarını həzm edə bilmirdi.
Müəllim, əvvəlcə, sinif yoldaşını yıxan uşağı əməlli-başlı tənbeh etdi. Sonra da (hətta onun qorxudan tir-tir titrəməsinə belə əhəmiyyət verməyərək) üzünə bərk bir şillə vurdu. Görünür, uşağın cılız bədəni bu zərbəyə dözməmiş, üstəlik, yeni çıxmaqda olan dişlərindən axan qan müəllimin pencəyinə sıçramışdı. Müəllim yeddi yaşlı bir uşağa qarşı etdiyi bu hərəkətdən peşman olsa da, bunun ona yaxşı bir dərs olacağını düşünürdü.
Müəllim şagirdini orada qoyub getməyə hazırlaşırdı ki, birdən onun əlini cibinə saldığını gördü. Ən yaxın dostunu belə yıxmaqdan qorxmayan bir yaramaz, yəqin ki, müəlliminə də bıçaqla və ya başqa bir şeylə hücum edə bilərdi. Müəllim bu “gözlənilməz hücumdan” özünü müdafiə etməyə hazırlaşırdı ki, birdən uşaq cibindən xalasının bayramda ona hədiyyə etdiyi dəsmalı çıxardı və çətinliklə də olsa, yerindən qalxmağa çalışıb:
— Müəllim! Pencəyinizdə qan var, icazə verin silim.
[cavab]
ozdunyamiz
23 Fev 2013 / 05:16
ÇOX GÖZELDİ. TŞK EDİREM
[cavab]
Boss555
23 Fev 2013 / 05:36
cox gozel.
[cavab]
Omer9696
23 Fev 2013 / 05:38
men olsaydim polise vererdim
[cavab]
Dj_kamo
23 Fev 2013 / 05:51
Maraqlidir,cox sagol
[cavab]
*medine*
23 Fev 2013 / 06:05
super
[cavab]
Magner
23 Fev 2013 / 07:36
ela hekayedi
[cavab]
ptwgjmad
23 Fev 2013 / 10:25
men olsaydim mellimin ağzin burnun dağıdardım(bu mənim öz fikrimdi)
[cavab]
Memo
23 Fev 2013 / 10:27
Mukemmel hekayedi . Te$ekkurler movzu ucun .
red. Memo (23.02 /10:27)
[cavab]
Seyfu
23 Fev 2013 / 12:33
Nurlanichka, müəllimin elədiyi hərəkət düz deyil.HEKAYƏ
[cavab]
Bölmeye qayıt
0.2164 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az