+Yağ yağış+
Nurlanichka
22 Fev 2013 / 23:20
Bir anda şəhərin üzərinə yağmağa başlayır yağış . Sıxlıq, şəhərin səs-küyü yerini yağışlı bir mahnıya buraxır. Stəkandan tökülürmüş kimi yağan yağış şirin bir qaçışmanı da özü ilə gətirir.
Evlər, avtomobillər, prospektlər, parklar və səkidən qarşıya keçməyə çalışan kiçik pişik ... hər şey, hər şey islanır. İstidən qovrulan ağaclar, susuz qalan yarpaqlar və susuzluqdan çatlayan torpaq suya doyur.
Yağışı pəncərə kənarından sakitcə izləyərkən, beyniniz qəribə bir duyğuya qapılar.
"Necə olur ki, yağış heç bir ayrı-seçkilik etmədən hər şeyin üzərinə yağa bilir? Necə bu qədər cəsarətli davrana bilir?" - deyə soruşursunuz özünüzdən.
Dünyanın ən qiymətli varlığı olan insanlar olaraq bir-birimizə qüsur tapmaqda inanılmaz hünər göstərir, qarşımızdakını incitmək üçün fürsət axtararkən, yağışın verdiyi bu dərsi görməməzliyə vurmaq olmaz.
Yağış çirkin - gözəl, kiçik - böyük, zəngin - kasıb, yaşlı - gənc, şərqli - qərbli, qara - ağ, canlı-cansız ... heç birini sorğu-sual etmədən özünü hər kəsə bəxş edir. Bəlkə elə buna görə sevilir. Bəlkə də buna görə insanlar yağışa "bərəkətdir-mərhəmətdir" deyə mədhiyyələr qoşur...
Yağış üçün yağdığı yerin əhəmiyyəti yoxdur. O, ayrı-seçkilik etməz. Hər kəsin və hər şeyin üzərinə eyni gözəllikdə, eyni ritimlə yağar. Və buna görə hər kəs onu sevər. Heç kim şikayət etməz ondan...
Bu səhər yenə yağış yağdı şəhərin üzərinə. Hər damla sanki bir şeir idi. Bir şeir... İnsanda rahatlıq hissi oyandıran, ayrı-seçkilik etməməyi nəsihət edən, alçaltmağı qadağan edən və hər kəsə qucaq açmağı öyrədən bir şeir...
Sizcə, yağış qədər vəfalı, yağış qədər cəsarətli yaşaya bilərsinizmi həyatınızı?
Təəssüf ki, dünyanın ən qiymətli varlığı olan insanlar kimi bir yağış damlası qədər ola bilmirik!
Və itiririk qazanmağımız lazım olanları ... Bir-bir itir bu yolda.
Və yağış qazanır, bizim qazanmağımız lazım olanları...
Buna görə həmişə havada sərbəst rəqs edən o olur. Elə bir rəqs ki, görənləri özünə heyran buraxır. Biz isə başımız əyib yalnız seyr etməklə kifayətlənirik bu gözəlliyi...
Nə olardı, bizlər də yağış qədər tərtəmiz yaşaya bilsəydik həyatı. Kirlətməsəydik tərtəmiz duyğularımızı. Nə itirərdik ayıblarımızı bir-birimizin üzünə vurmaq yerinə, örtməyə cəhd etsəydik? Qarşımızdakını yaralamaq nə qazandırdı ki bizlərə bu günə qədər. Nə keçdi ki əlimizə?
Nə olardı yağış qədər vəfalı ola bilsəydik...
Biz necə yaşayırıq yaşayaq, yağış yağmağa davam edir şəhərin üstünə!
[cavab]
murat78
22 Fev 2013 / 23:22
super
[cavab]
@zerbaycan
22 Fev 2013 / 23:24
[cavab]
Magner
22 Fev 2013 / 23:25
Sizcə, yağış qədər vəfalı, yağış qədər cəsarətli
yaşaya bilərsinizmi həyatınızı?
Teesufki yox
[cavab]
Juliet
22 Fev 2013 / 23:26
super.maraqlidi
[cavab]
Wirxan
22 Fev 2013 / 23:31
super oZ CANIMCUN ELADI
[cavab]
ozdunyamiz
22 Fev 2013 / 23:37
Çooooox gozel) ela, super, amazing, deşet superdi. çox sagol
[cavab]
Bölmeye qayıt
0.1937 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az