+Yaxşılığa yaxşılıq deyiblər (hekayə)+

pol Nurlanichka 22 Fev 2013 / 22:58
Biri varmış, biri yoxmuş. Meşə göyərçini bir yaz günü su içməyə getdi. Gördü bir qarışqa suya düşüb çapalayır. Göyərçin tez Qarışqanın köməyinə gəldi. Dimdiyinə bir yarpaq alıb suya atdı. Amma yarpaq qarışqadan xeyli uzağa düşdü. Çayın axarı qarışqanı xeyli uzağa apardı. Bu dəfə göyərçin caynağına çöp alıb onu suya atdı. Qarışqa tez çöpə dırmaşdı. Beləliklə, o ölümdən qurtardı. Sahilə çıxanda qarışqa göyərçinə dedi:
-Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.
Göyərçin qarışqanın sözünə güldü.
-Sən çox kiçiksən, mənə necə kömək edəcəksən?
Göyərçin uçub getdi. Həmin vaxtdan xeyli keçdi. Göyərçin ağacın başında yuvasında rahatca yatmışdı. Bir ovçu onu çoxdan güdürmüş. Göyərçini yatdığı yerdə vurmaq istədi. Ayaq barmağının ucunda ağaca yaxınlaşdı. Tətiyi çəkmək istəyəndə qarışqa ovçunun boynundan bərk dişlədi. Ovçu tətiyi çəksə də, göyərçini vura bilmədi. Tüfəngin səsinə göyərçin oyandı. Qarışqanı gördü, dedi:
-Çox sağ ol, dost. Yaxşılığa yaxşılıq deyiblər.

[cavab]

pol ozdunyamiz 22 Fev 2013 / 23:10
Çox sagol. cox gozel hekayedi. xoşum geldi

[cavab]

pol Magner 22 Fev 2013 / 23:17
gozel movzudu

[cavab]

pol murat78 22 Fev 2013 / 23:17
cox gozeldi bu gun en yaxsi movzu bu oldu

[cavab]

pol @zerbaycan 22 Fev 2013 / 23:17

[cavab]

pol Repery 22 Fev 2013 / 23:20
Maraqli idi..Ders Goturen Olsa Yaxshi Olar..:)

[cavab]

pol ozdunyamiz 22 Fev 2013 / 23:38
murat78, bu movzunu oxu http://tarla.az/forum.php?type=movzu&id=77817

fikrin deyişecek)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1647 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az