Acinagli Hekaye

pol Sade_Nick 22 Fev 2013 / 22:39
Qiz: Alo
Oğlan: Bəli,
Qiz: Salam.
Oglan: Salam.
Qiz: Necəsən...?
Oglan: Sağ olun, yaxşıyam, tanımadım. Mənle, danışan kimdir ki...?
Qiz: Allah bəndəsi.
Oglan: Mən xatırlamadım axı bu səsi,
Həm də səsinizdə qüsur var...?
Qiz: Bəli, bir il qabaq batıb səsim,
Oglan: Deməli, bu öz səsinizdir, bagışlayın.
Qiz: Yox, xətrimə dəymədin, bilirəm
ki çox, maraqlıdır sənə, kiməm
görəsən.
Oglan: Bəli, maraqlıdır, gizli nömrədən,
zəng eləmisiniz, kimsiniz, deyin. Qiz: Məni tanımazsan... Bəzən hər
şeyin, mənasız olduğun dərk edən
zaman,
kimləsə dərdləşmək istəyir insan.
Nömrəni yığmışam təsadüfən,
Oglan: Hə, elə düz nömrəni yığmısız belkə, məni də tənhalıq bezdirib
tamam.
Qiz: Təkliklə barışa bilmir hər adam.
Sual vermək olar...?
Oglan: Buyurun.
Qiz: Əgər, sirr deyilsə, yoxdur sevgilin məgər...? Niyə tək qalmısan, tərk edib
səni...?
Oglan: Yox, mən onu atdım.
Qiz: incidib səni...?
Oglan: O məni sevirdi, mən də
sevirdim, taa ki, qəza oldu, maşın çevirdim. O gündən ayrılıq küləyi əsdi.
Bildim onu sevmək daha əbəsdi...
Qiz: Niyə...? Birdən-birə nə oldu...?
Danış, dərdini bölüşdükcə azalar.
Oglan: O qış, bir qəza keçirtdim...
Qiz: Bilirəm... Oglan: Necə...?
Qiz: Yəni ağrını hiss etdim sadəcə...
Oglan: Nə isə, deməli, o qəza vaxtı,
mənim bədənimdən xeyli qan axdı.
Çox qan itirmişdim, halım pis idi.
Həkimlər qanımdan tapılmır dedi. Bu zaman həmin qız çatdı dadıma.
Dəqiq gəlməsə də mənim yadıma,
Deyəsən, qanımız uyğun gəlirdi. O qız
da yəqin ki, bunu bilirdi.
O mənə qan verdi, sağ olsun, sonra,
mən təmiz sağaldım, görmədim amma, uzun müddət həmin qızı nədənsə...
Bir gün gördüm... Gəl o
mənzərədənsə, Kaş heç
görməyəydim ömürlük onu..
Onu gördüyüm an, hər şeyin sonu,
gözlərim önündə canlandı bir an. Qiz: Yəqin özgəsiylə görmüsən...?
Oglan: Dayan, yox, elə deyildi, belədir
ardı: Əlil arabası altında vardı...
Dəhşətdir, gördüm ki, yox bir ayağı,
Sanki qurumuşdu dili-dodağı,
Solğun baxışlarla mənə baxırdı, Gördüyüm vəziyyət məni sıxırdı.
Dedi ki,mən də bir qəza keçirdim,
Bir ayağımı da onda itirdim...
Düzü,çox üzüldüm,pərişan oldum,
İndi neyləyəcəm,xeyala daldım.
Onu o halıyla sevə bilməzdim... Qiz: Təəssüf, mən səni belə
bilməzdim,
Necə də vicdansız adam imişsən,
Gör kimi sevmişəm,istəmişəm
Mən...
Oglan: Nə...? Yoxsa sən... Qiz: Bəli, mən həmin qızam.
İllərdir atılmış, tənha, yalqızam.
Oglan: Ola bilmez axı... Bəs səsin...
Qiz: Aha...
Nədir, tanımadın...? Deyim, bil daha,
məni pis günümdə tərk etdiyin üçün, Aylarla qəm çəkdim,ağladım hər gün,
Hönkür-hönkür elə ağladım,axır,
İndi nə halım var,nə səsim çıxır.
Ağlamaq batırdı səsimi mənim,
Öz sevgim özümə oldusa qənim,
Daha yox inamım heç bir insana, Günah olmasaydı,qıyardım cana...
Oglan: Elə şey eləmə, bağışla məni...
Qiz: O uca Allaha tapşırdım səni...
Oglan: Axı sən yeriyə bilmirdin...
Qiz: Utan,
Danışma,yatmısan qəflətdə,oyan. Söhbət açılıbsa,deyim hər şeyi,
Mənim yaşadığım acı taleyi,
Bir həyat dərsi tək qəbul
edərsən...
Bundan sonra doğru yolla
gedərsən, Danışım qoy, bəlkə ibrət götürdün...
Sən o vaxt qəzada çox qan itirdin,
Dözmədim,sənin o halını gördüm,
Sənə öz qanımı könüllü verdim. Amma
ki sənə çox qan lazım idi,
Sən ölərkən mənə can lazım idi...? Nə qədər gərəkdir,verirəm,dedim,
Səni yenə sağlam görmək
istədim... Həkimlər o qədər qan aldı
məndən,
Az qaldı ki, canım çıxsın bədəndən.
Verdiyim qan sənin köməyin oldu, Mənimsə o gündən bədənim soldu.
Qanazlığı məni yatağa saldı,
Amma yenə fikrim yanında qaldı.
Axır,bir ayağım tutuldu tamam,
Daha belə edə bilməzdi davam.
Məcburən kəsdilər bir ayağımı, Sənsə eşitmədin heç sorağımı.
Baxma şikəstliklə ömrüm əridi,
Sənin sağ qalmağın təsəllim idi.
Elə bilirdim ki,atmazsan məni,
Tanımamışam heç zərrəcə səni...
Oglan: Nə deyəcəyimi bilmirəm... Qiz: Heç nə, danışma,söyləmə bir dənə
kəlmə.
Bu son zəngim idi...
Oglan: başa düş məni,
Mən belə fədakar bilməzdim səni.
Qiz: Sus...! Yaxşı dinlə bu son sözlərimi, vicdansız qəlbindən sil izlərimi...!
Məni məhv elədin,eybi yox, ancaq,
daha bir kimsəyə çəkmə bu cür dağ.
Səni vicdanınla qoyub baş-başa,
Dəstəyi asıram,get düzgün yaşa,
Əlvida... Oglan: Qulaq as, mən nə edim bəs...?
-Artıq çox gec idi, kəsilmişdi səs...♥

[cavab]

pol Seyfu 22 Fev 2013 / 22:58
Əlaaa...

[cavab]

pol Ayan01 23 Fev 2013 / 00:03
ela

[cavab]

pol harunn 23 Fev 2013 / 00:22
kovreldim

[cavab]

pol Golf 23 Fev 2013 / 00:30
aydaa cox pis oldum..

[cavab]

pol huseyn25 23 Fev 2013 / 01:18
ooofff cox aglamali hekayeydi,cox sag ol yazib aglatigin ucun meni.

[cavab]

pol Qonaq33 23 Fev 2013 / 02:04
Ela.gozlerim doldu(((((

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1424 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az