FuLL HeKaYe...

pol by_TaButcu 22 Fev 2013 / 22:27
15 yaşlı cavan oğlan avtobusa
mindi. Görəndəki yerlərin hamısı
boşdu sevincinin həddi yox idi. O,
pəncərənin yanında yerini
rahatladı. Axı sona kimi getməli
idi. Avtobus yola düşdü. 20
dəqiqədən sonra bütün yerlər
tutulmuşdu. Oğlan pəncərədən
çölə baxır, musiqi dinləyirdi.
Birdən yaşlı bir qadın onun
çiyinlərinə toxundu:- Utanmırsan?
Sənin yaşda olanda mən yaşlılara
yer verirdim.Başqal arıda ona
qoşuldu - Qoca qadın ayaq üstə
qalıb, bu da necə özünü
saymazyana aparır.2-3 dəqiqədən
sonra bütün avtobusda olanlar
artıq oğlanın üstünə düşmüşdü.
Oğlan buna dözmədi və dedi:-
Yaxşı mən duracağam amma bu
yerdə, öz sözlərindən utanmayan
biri otursun.Bu sözlər
avtobusdakıları şoka saldı, onlar
lap hiddətləndilər. Oğlan isə
oturacaqların altından qoltuq
ağaclarını çıxardı, əvvəl birini
sonra o birini. Heç kimə bir söz
demədən onlara söykənib
dayandı. Hər kəs susdu. Axı heç
kimin ağlına gəlmirdi ki, belə ola
bilər, hətta onun ayağını bütün yol
boyu qəsdən taptalayan yaşlı
qadın, yalnız indi başa düşdü ki,
oğlan niyə reaksiya vermirmiş.
Sonuncu dayanacağa qədər oğlan
sakitcə qoltuq ağaclarına
söykənərək durdu,
avtobusdakılars a susdu. Oğıana
çətin idi, amma bir şey ona güc
verirdi. Onun yeri boş qalmışdı,
orda oturmağa heç kim curət
etmədi...

[cavab]

pol *_FoReVeR_* 23 Fev 2013 / 15:26
Tekrar movzu.
http://tarla.az/forum.php?type=movzu&id=5858

Movzu baglidir.

[cavab]

Mövzu bağlıdır
Bölmeye qayıt
19.04.13 22:00
0.1453 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az