+Dinimizdə məzar ziyarətinə münasibət necədir?+
Nurlanichka
21 Fev 2013 / 19:23
Hər yerin olduğu kimi, qəbiristanlığın da özünəməxsus qayda-qanunları var. Qəbiristanlıqda qışqırmaq, bağırmaq, necə gəldi oturmaq, zibilləmək düzgün deyil.
Unutmayaq ki, dirilərin haqqı olduğu kimi, ölülərin də haqqı vardır və onları narahat etmək doğru deyil. Amma məzar üzərinə böyük günbəzlər tikmək, saraylar inşa etmək də doğru deyil. Məzar işğal olunmuş torpaq deməkdir. Son illərdə məzarların üstü betonlanır, bahalı daşlarla hörülür. Amma əmin olun ki, ən bahalı daşlar belə əlli ildən sonra unudulur. Ona görə də məzarın sadə və kiçik ölçüdə olması yaxşıdır.
Dinimizdə məzar ziyarətinə münasibət necədir?
Məzarın ətrafı səliqəli və üstü torpaq olsa yaxşıdır.Çünki, məzarın üstündə bitən ot orada yatana duaçıdır. Məzarın başında həmişəyaşıl ağac əkmək məsləhətdir.
Peyğəmbərimiz (s.ə.s) "Allahın salamı sizin üzərinizə olsun, ey qəbir əhli" deyə qəbiristanlığa salam verərmiş. Məzar üzərinə cürbəcür şirniyyatlar, bəzəklər düzmək xoş deyil. Əgər ətrafdakı böcəkləri, həşəratları, quşları doyurmaq niyyəti ilə yem aparırsınızsa, bu, xoşdur. Amma məzar üstünə qoyulan şəkərburanı, şorqoğalını kim götürüb yeyəcək? Yaxşı olar ki, siz onları tanıdığınız bir yoxsula verəsiniz.
Məzarı bəzəmək, şəkil yapışdırmaq da dinimizin yasaqladığı hallardır.
Uca peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur ki, məzardakının halı dənizdə boğularaq "İmdad, imdad" deyə bağıran adamın halına bənzəyir. Dənizdə boğulan adam onu qurtaracaq adamı necə gözləyirsə, məzardakı adam da dünyadakı yaxınlarından gələn duanı elə gözləyir.
Ölü üçün dua etmək, ona Allahdan mərhəmət diləmək çox mühümdür. Məzarı ziyarət etmək lazımdır. Amma gərək hər şey ədəbinə uyğun olsun. Məzar saç yolmaq, üz cırmaq, Allaha üsyan etmək üçün deyil. Qəbiristanlıq ziyarəti ölüdən çox diriyə lazımdır, ora gedərkən ibrət alsın, dərs götürsün deyə...
[cavab]
_Bozkurt_
21 Fev 2013 / 19:27
Məzarın ətrafı səliqəli və üstü torpaq olsa yaxşıdır.Çünki, məzarın üstündə bitən ot orada yatana duaçıdır. Məzarın başında həmişəyaşıl ağac əkmək məsləhətdir.
[cavab]
Wirxan
21 Fev 2013 / 19:27
duzdu ehsen
[cavab]
@zerbaycan
21 Fev 2013 / 19:28

[cavab]
Magner
21 Fev 2013 / 19:28
Cox duz buyurursunuz
[cavab]
_Bozkurt_
21 Fev 2013 / 19:31
Məzarı bəzəmək, şəkil yapışdırmaq da dinimizin yasaqladığı hallardır.
[cavab]
DARKNESS_angel
21 Fev 2013 / 19:35
DUZDUR
[cavab]
PRINCE
21 Fev 2013 / 19:46
cox gozel movzuya toxundunuz, elave olaraq qebri ziyaret ederken 1fatihe 11ixlas mumkunse 1yasin suresi oxunmalidir
[cavab]
ZERKALO
21 Fev 2013 / 19:58
PRINCE, 1 Yasin 3ixlas 3 felek 3 nas axirda fatehe suresi verilmesi daha munasibdir...
[cavab]
PRINCE
21 Fev 2013 / 20:33
ZERKALO, fatihe Qurani kerimin acaridi hemde 1fatiha 11ixlas oxumag qurani kerimin tamamini oxumuw savabi verir qaqaw , en uygunu men dediyimdir, 1fatihe 11ixlas ve yasin suresi
red. PRINCE (21.02 /20:33)
[cavab]
Bölmeye qayıt